Bütün xəbərlər
Afrikada quyuya “Qarabağ” adı verildi
Tarix: 28-08-2019 14:28 | Bölmə: Cəmiyyət
                    Afrikada quyuya “Qarabağ” adı verildi

Afrikanın ən quraq ölkələrindən biri olan Çadda “Qarabağ” su quyusu açılıb. 
Bu barədə “Qafqazinfo”ya məlumatı təşkilatçılardan biri olan Elnarə Kərimova verib. O bildirib ki, tərəfdaşı Aynur Kərimova ilə birlikdə artıq 4-cü su quyusunun açılmasına vəsilə olublar:
“Ərazi quraq olduğundan insanlar su qıtlığından əziyyət çəkir. Bir quyunun qazılması üçün isə 4 min manat tələb olunur. Biz sosial şəbəkədə çağırış edirik, xeyriyyəçi insanlar bizə dəstək olur. Budəfəki quyuya Qarabağ adını verməyi məsləhət bildik. Quyu avqustun 7-də açılıb və fəaliyyətimizi bundan sonra da davam etdirməyi düşünürük”.



Baxış sayı: 533


Bölməyə aid digər xəbərlər