Bütün xəbərlər
Ektrasens Almazın törətdiyi qəzada qardaşı oğlu öldü
Tarix: 23-12-2019 20:08 | Bölmə: Cəmiyyət

                  Ektrasens Almazın törətdiyi qəzada qardaşı oğlu öldü

Xəbər verdiyimiz kimi, dünən Hacıqabulda “Toyota" markalı avtomobilin aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzanı törədən şəxs tanınmış ektrasens Almaz Yolçiyevadır (Ədilova). Hadisə Atbulaq kəndi ərazisində, dekabrın 21-də saat 16 radələrində qeydə alınıb. 
Nəticədə Almaz Yolçiyevanın sərnişinlərindən biri, qardaşı oğlu Fuad Ədilov xəstəxanaya aparılarkən yolda ölüb .
Digər yaralılar 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi, 2016-cı il təvəllüdlü Qarayev Fərid, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən və 2004-cü il təvəllüdlü Qarayeva Nərmindir.
Hazırda ektrasens özü və yaralı olan sərnişinləri Hacıqabul Mərkəzi Xəstəxanasında müalicə alırlar. 


Baxış sayı: 543


Bölməyə aid digər xəbərlər