Bütün xəbərlər
Hikmət Şikarov ali məktəbə qəbul imtahanında Pirallahı rayonu üzrə ən yüksək bal toplamış (640 bal) Azərbaycan Tibb Universitetinin tələbəsi olan Nərgiz Mahmudovanı qəbul edib
Tarix: 26-11-2019 13:11 | Bölmə: Cəmiyyət
Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ali məktəbə qəbul imtahanında Pirallahı rayonu üzrə ən yüksək bal toplamış (640 bal) Azərbaycan Tibb Universitetinin tələbəsi olan Mahmudova Nərgiz Gündüz qızını qəbul edib. Görüş zamanı gənc tələbəni təbrik edən Hikmət Şikarov bildirib ki, gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir. Bu gün Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olmasının da arxasında məhz dövlətçiliyə bağlılıq, milli mənafeyinin qorunması kimi müqəddəs amallar dayanır. Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısı, müasir Azərbaycan gəncliyinin güvənc yeridir. Gənclərin mütləq əksəriyyəti ulu öndər ideyaları ətrafında sıx birləşərək sadiqlik nümayiş etdirir. Onlar hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər.
Hikmət Şikarov daha sonra qeyd etdi ki, partiyamızın sədri cənab İlham Əliyevin yürütdüyü siyasətin əsasında gənclərə diqqət və qayğı ən başlıca məsələlərdəndir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı olaraq bizdə öz növbəmizdə çalışırıq ki,  daima gənclərə diqqət göstərək, onlara geniş imkanların yaradılmasına xüsusi önəm verək.Sizin timsalınızda gənclərə göstərdiyimiz diqqəti ifadə etmək məqsədi ilə tərəfimdən Sərəncam verilmişdir. Sərəncama əsasən Mahmudova Nərgiz Gündüz qızına 2019-2020-ci tədris ili müddətində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən təqaüd veriləcək.
Görüşün sonunda Mahmudova Nərgiz Gündüz qızı və onun ailə üzvü F. Şamilova öz minnətdarlıqlarını bildirərək, ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini tam dəstəklədiklərini, dövlətimizin əvəzsiz lideri olaraq Azərbaycanı daima zirvələrə daşıyacağına inandıqlarını ifadə etmişlər.
Sabaha-inamla.Az



Baxış sayı: 898


Bölməyə aid digər xəbərlər