19:00 / 13-10-2019
Elton Türkiyəyə köçdü
Zakir Fərəcov ağsaqqallarla görüşdü - FOTOLAR
Tarix: 06-10-2019 00:43 | Bölmə: Cəmiyyət


Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Doğma Sumqayıtımızın yubileyini ləyaqətlə qarşılayaq!” devizi altında Sumqayıt şəhər Ağsaqqallar Şurasının tədbiri keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər Ağsaqqallar Şurasının üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib, quruma işində uğurlar arzulayıb.  Ağsaqqallar Şurası üzvlərinin şəhərin ictimai-siyasi həyatında fəal iştirak etdiyini  vurğulayan şəhər rəhbəri bildirib ki,  Şura üzvləri şəhərdə həyata keçirilən quruculuq işlərində fəal iştirak edir, eyni zamanda milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində də mühüm işlər görür.
Şəhər rəhbəri son illərdə  həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib, gələcək hədəflərə nəzər salıb.
Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov çıxış edərək bildirib ki, son illərdə Sumqayıt şəhərində bütün sаhələrdə görülmüş işlər, qazanılmış naliyyətlər şəhərdə аğsаqqаllаrın, аhıl vətəndаşlаrın sоsiаl vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа səbəb оlub. Ağsаqqаllаr, аhıl vətəndаşlаr hər tərəfli dövlət qаyğısı ilə əhаtə оlunublar.
Məruzə ətrafında çıxışlarda Sumqayıt şəhərində həyata keçirilən tikinti-quruculuq işlərinə, əldə olunan naliyyətlərə, həmçinin ağsaqqallara göstərilən qayğıya görə ağsaqqallar adından ölkə prezidentinə və şəhər rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
 Sumqayitxeber.com                    

    
 


Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər
7-10-2019, 14:47 Vətənpərvər ziyalı
1-10-2019, 23:28 “Quska”ya hökm oxundu
16-09-2019, 01:22 TƏBRİK EDİRİK!