Bütün xəbərlər
"Nyukasl"ın hücumçusu sərxoş vəziyyətdə avtomobil idarə etməkdə ittiham olunur
Tarix: 26-01-2023 21:12 | Bölmə: Manşet

"Nyukasl"ın hücumçusu Joelinton qarşıdakı 12 ay ərzində avtomobil idarə edə bilməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, daha əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilən braziliyalı futbolçu 29 min funt sterlinq cərimə olunub.
"Sky Sports"-un məlumatına görə, Joelinton işi üzrə məhkəmə iclası yanvarın 26-da baş tutub. 26 yaşlı futbolçu səfərdən əvvəl iki stəkan şərab içdiyini bildirib.
Joelinton yanvarın 12-də səhər saatlarında həbs edilib. Polis Nyukasldakı Pontland Road ərazisində braziliyalının avtomobilini saxlayıb. Futbolçu alkoqol testindən keçə bilməyib.
Hücumçunun tam reabilitasiya kursunu keçəcəyi təqdirdə 9 aydan sonra avtomobil idarə edə biləcəyi də bildirilir.
Joelinton bu mövsüm "Nyukasl"ın heyətində Premyer Liqada 18 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər