Bütün xəbərlər
Dzyuba Mahaçqala "Dinamo"su ilə görüşdə qol rekordunu yeniləyib
Tarix: 02-05-2025 21:28 | Bölmə: Manşet

"Tolyatti Akron"un hücumçusu Artem Dzyuba 240-cı qolunu vuraraq rusiyalı futbolçuların vurduğu qol rekordunu qırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dünya – Rusiya Premyer Liqasının (RPL) 27-ci turunda Mahaçqala “Dinamo”su ilə oyunun 74-cü dəqiqəsində 240-cı qol vurulub. Asisti Gilson Benchimol edib.
Oyun “Solidarity Samara Arena” stadionunda baş tutub. Qarşılaşma 1:0 hesabı ilə Tolyatti klubunun xeyrinə başa çatıb.
Artem Dzyuba martın 9-da karyerasında 234-cü qolunu vuraraq Rusiyanın bombardiri adını qazanıb. O, hesabında 233 qol olan Aleksandr Kerjakovu ötüb.
Dzyuba həm də Rusiya milli futbol komandasının tarixinin bombardiridir. Qrenada ilə yoldaşlıq görüşündə o, millinin heyətində 56 oyunda 31-ci qolunu vurub. Əvvəlki rekordçu Aleksandr Kerjakov 92 matçda 30 qol vurub.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər