Bütün xəbərlər
Məşhur samboçu qıza hücum etməkdə ittiham olunur
Tarix: 09-05-2025 21:00 | Bölmə: Karusel

Sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı Aleksey Qonçarov Kalininqradda gecə klubunun əməkdaşından hesabı ödəməsini tələb edərkən ona hücum etməkdə günahlandırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Şot"un yazdığına görə, Qonçarov dostları ilə mayın 8-nə keçən gecə “Euphoria” gecə klubunda dincəlirmiş. 26 yaşlı zərərçəkənin sözlərinə görə, o, sərxoş olub və hesabı ödəmədən çıxıb getməyə çalışıb.
Qız şirkətin artıq daxil olduğu liftə qaçaraq yemək və içkilərin pulunu ödəməsini istəyib. Bu zaman idmançı qızın üzünə yumruq vurub. Ona üz sümüyünün sınığı diaqnozu qoyulub və xəstəxanaya yerləşdirilib.
Zərərçəkmiş polisə şikayət edib.





Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər