Bütün xəbərlər
CNN: Vitkoff ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olmaq istəmir
Tarix: 01-05-2025 21:50 | Bölmə: Manşet

ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff ətrafdakılara deyib ki, o, Mike Valts əvəzinə ABŞ liderinin milli təhlükəsizlik müşaviri vəzifəsini tutmaq istəmir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Vitkoffa yaxın olanlar da ABŞ prezidenti Donald Trampın ona bu vəzifəni təklif edəcəyinə şübhə ilə yanaşırlar.
"O, açıq şəkildə bildirdi ki, bu işi istəmir və ətrafı onun nəhayət seçiləcəyini və ya prezidentin ona bu vəzifəni təklif edəcəyini gözləmir", - kanal qeyd edir.
Bundan əvvəl "Fox News" xəbər vermişdi ki, Tramp Vals və onun müavini Aleks Vonqu tutduqları vəzifələrdən uzaqlaşdırıb. Buna səbəb rəsmilərin Ənsar Allah hərəkatının Yəmən husilərinə zərbələrini müzakirə etdikləri mesajların sızması olub.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər