Bütün xəbərlər
Cammu və Kəşmirin baş naziri atəşkəsdən sonra partlayışların olduğunu bildirib
Tarix: 10-05-2025 21:20 | Bölmə: Dünya

Hindistanın Cammu və Kəşmir bölgəsindəki Şrinaqar şəhərində Hindistan və Pakistan arasında atəşkəs pozulduğu üçün yenidən partlayış səsləri eşidilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Cammu və Kəşmirin baş naziri Ömər Abdullah bildirib.
Rəsmi şəxs Srinagarda yerləşdirilən hava hücumundan müdafiə bölmələrinin şəhəri atəşə tutulmaqdan qoruduğunu göstərən video yayımlayıb.
"İndi atəşkəsə nə oldu? Partlayışlar bütün Şrinaqarda eşidilir! Bu atəşkəs deyil. Srinagar şəhərinin mərkəzindəki hava hücumundan müdafiə bölmələri indicə atəş açdı", - Abdullah sosial media X hesabında yazıb.
Bundan əvvəl Hindistan və Pakistan bildiriblər ki, onlar quruda və havada hərbi əməliyyatların tamamilə dayandırılması demək olacaq atəşkəs barədə razılığa gəliblər. O, rəsmi olaraq Moskva vaxtı ilə saat 14:30-da qüvvəyə minib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər