Bütün xəbərlər
Putin Misiri Rusiyanın Afrikadakı əsas tərəfdaşı adlandırıb
Tarix: 09-05-2025 20:25 | Bölmə: Manşet

Misir Rusiyanın Afrikadakı əsas tərəfdaşıdır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə Misir lideri Əbdülfəttah əs-Sisi ilə danışıqları zamanı deyib.
Onun sözlərinə görə, Rusiya ilə Misir arasında münasibətlər uğurla inkişaf edir, ölkələr arasında əməkdaşlıq çoxşaxəlidir.
"Misir Rusiyanın Afrikadakı əsas tərəfdaşlarından biridir", - dövlət başçısı bildirib.
Putin qeyd edib ki, Rusiya ilə Misir arasında ticarət dövriyyəsi 2024-cü ildə 30% artaraq rekord həddə - 9 milyard dollara çatıb.
Misir prezidenti Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak etmək üçün bir gün əvvəl Moskvaya gəlib.




Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər