Bütün xəbərlər
Kallas ABŞ-ın Rusiyaya qarşı tribunala qoşulacağına ümid etdiyini bildirib
Tarix: 10-05-2025 20:49 | Bölmə: Dünya

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas ABŞ-ın Qərb ölkələrinin təşkil etməyə çalışdığı anti-Rusiya tribunalına qoşulacağına ümid etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kallasın sözlərinə görə, tribunal təşəbbüsü artıq 40-a yaxın ştat tərəfindən dəstəklənib.
"Bizim dövlətlər koalisiyamız var (Core Group) və mən şadam ki, texniki işlər görülüb... ABŞ artıq iki ildir ki, bu koalisiyada bizimlə işləyir. Amerikalılar çox şey ediblər və ümid edirik ki, onlar sonradan yenidən qoşulacaqlar, çünki indi bütün texniki detallar həll olunub", - Kallas bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Moskva Avropa İttifaqının anti-Rusiya tribunalının yaradılması cəhdlərinə cavab verməyəcək.
Əvvəllər Aİ-nin 20 ölkəsinin xarici işlər nazirləri iddialara görə, “Rusiya rəhbərliyini mühakimə edəcək” xüsusi tribunalın yaradılmasını dəstəkləyiblər.
Bu qərar Ukraynanın dəvəti ilə Lvovda təşkil olunan toplantıda qəbul edilib. “Reuters”in məlumatına görə, Avropa Şurasına üzv olan cəmi 37 ölkə belə bir qurumun yaradılmasının tərəfdarı olduğunu bildirib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər