Bütün xəbərlər
Merz yaxın günlərdə Ukraynada atəşkəsə nail olacağına ümid edir
Tarix: 09-05-2025 20:42 | Bölmə: Siyasət

Almaniya kansleri Fridrix Merz hesab edir ki, yaxın iki gün ərzində Ukraynada atəşkəs sazişi bağlana bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya kanslerinin sözlərini "Tagesspiegel" sitat gətirir.
Almaniya kanslerinin sözlərinə görə, Rusiyanın elan etdiyi üç günlük atəşkəs rejimini nəzərə alsaq, onun 30 günə qədər uzadılması ehtimalı yüksəkdir. Merz hesab edir ki, bundan sonra sülh sazişi üzrə danışıqlar başlaya bilər.
"Mən çox ümid edirəm ki, bu həftə sonu Ukraynada atəşkəslə bağlı razılaşma əldə olunacaq", - Almaniya kansleri qeyd edib.
Merz vurğulayıb ki, təklifi Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer və Polşanın baş naziri Donald Tusk dəstəkləyir. Onlar ABŞ-ın təklifi ilə üst-üstə düşən birgə kommunike hazırlayıblar və Rusiyanın da bunu qəbul edəcəyinə ümid edirlər. Merzin sözlərinə görə, "top indi tamamilə Moskvanın meydançasındadır".
Rusiya prezidenti Putin mayın 7-dən 8-dən 10-dan 11-nə keçən gecə yarısına qədər atəşkəs elan edib, lakin Kiyev rejiminin başçısı Vladimir Zelenski 30 günlük atəşkəs tələbi ilə bu təşəbbüsü rədd edib.
ABŞ prezidenti Donald Tramp Putinin atəşkəs elan etməsini əlamətdar hadisə adlandırıb. O, sülhün əldə edilməsində irəliləyişin vacib olduğunu vurğulayıb.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər