Bütün xəbərlər
HƏMAS Qəzza ilə bağlı sövdələşməyə hazır olduğunu bildirib
Tarix: 02-05-2025 22:09 | Bölmə: Manşet

Fələstinin HƏMAS hərəkatı İsraildən qarşılıqlı addım gözləyərək Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazır olduğunu bəyan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə hərəkatın liderlərindən biri Abdel Rəhman Şadid məlumat verib.
Əl-Cəzirə kanalında danışan o, İsraili danışıqların uğuruna mane olmaqda ittiham edib. Şadidin sözlərinə görə, "top indi Tel-Əvivin meydançasındadır".
“HƏMAS təsdiq edir ki, o (İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi – red.) saziş bağlamağa hazırdır və artıq bununla bağlı hərtərəfli təklifini təqdim edib.
Hərəkat həmçinin İsraillə razılaşma çərçivəsində Qəzza zolağında 5 illik atəşkəs təklif etdiyini rəsmən təsdiqləyib.
“Aprelin 17-də biz sazişlə bağlı baxışımızı təqdim etdik, o cümlədən, regional və beynəlxalq səviyyədə zəmanət verilən beşillik atəşkəs,” Şadid əlavə edib.
O, “(İsrailin baş naziri Benyamin Netanyahu) hökumətinin HƏMAS təşəbbüsünü rədd etdiyini və “döyüş əməliyyatlarını dayandırmaqdan imtina etdiyini” qeyd edib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər