Çərşənbə, 28 may 2025, 03:08:28  
Son xəbərlər:
Bütün xəbərlər
Fələstin lideri Abbas Qəzzadakı vəziyyəti Putinlə müzakirə etmək niyyətindədir
Tarix: 05-05-2025 11:27 | Bölmə: Manşet

Fələstin prezidenti Mahmud Abbas mayın 10-da Rusiya lideri Vladimir Putinlə Qəzza zolağındakı vəziyyəti və iki ölkə arasındakı münasibətləri müzakirə etmək niyyətindədir, Abbasın müşaviri Mahmud əl-Həbbaş bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, Fələstin rəhbəri Putinə Fələstin böhranının həllində prioritet istiqamətlər barədə məlumat verəcək.
“Abbas həmçinin İsrailin Fələstin xalqına, xüsusilə də Qəzza zolağına qarşı davam edən təcavüzü fonunda Fələstində baş verən son hadisələr barədə ev sahibini məlumatlandıracaq”, - Mahmud əl-Həbbaş TASS-a bildirib.
Müşavir həmçinin qeyd edib ki, Fələstin Milli Administrasiyası (PNA) Rusiyanın davamlı dəstəyinə ümid edir.
Bundan əvvəl Fələstinin rəhbəri Mahmud Abbasın Qələbə Gününü qeyd etmək üçün Moskvaya gələcəyi məlum olub.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər