Bütün xəbərlər
Peskov: "Ukrayna nizamlanmasında Rusiyaya təzyiq etmək faydasızdır"
Tarix: 10-05-2025 21:14 | Bölmə: Manşet

Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı dialoqa açıqdır, lakin bu məsələdə ona təzyiq göstərmək faydasızdır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
CNN-ə müsahibəsində o, Rusiyanın istənilən təzyiqə davamlı olduğunu vurğulayıb.
"Biz dialoqa açığıq, Ukraynadakı (münaqişənin) həlli cəhdlərinə açığıq. Amma bizə təzyiq etmək cəhdləri tamamilə faydasızdır", - TASS Peskovdan sitat gətirir.
Kreml sözçüsü qeyd edib ki, Rusiya tərəfi ABŞ prezidenti Donald Trampın Ukrayna nizamlanmasında vasitəçilik səylərini yüksək qiymətləndirir.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanı Qərbin və Kiyevin mayın 12-də başlamağı təklif etdiyi 30 günlük atəşkəs şərtlərini qəbul etməsə, onu yeni sanksiyalarla hədələmişdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər