Bütün xəbərlər
Abbas: "ABŞ-ın Qəzzada hökm sürməyə haqqı yoxdur"
Tarix: 10-05-2025 21:17 | Bölmə: Manşet

ABŞ və digər xarici ölkələrin nümayəndələri Qəzza zolağında hökmranlıq edə bilməz.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas Kremldə Rusiya lideri Vladimir Putinlə danışıqları zamanı deyib.
Abbasın sözlərinə görə, Qəzzada nizamlanma iki xalq üçün iki dövlətin yaradılmasını nəzərdə tutan ümumi qəbul edilmiş beynəlxalq hüquqi əsaslarla mümkündür.
"Biz Qəzzada Amerika administrasiyasının yaradılması ideyasını da eşitmişik. Biz də bu fikrin qəti əleyhinəyik və bu barədə amerikalıları məlumatlandırmışıq", - Abbas qeyd edib.
Fələstin lideri həmçinin Qəzza zolağında Yaxın Şərq Rivierası yaratmaq üçün öz xalqının oradan çıxarılmasına qarşı çıxıb. Bu ideya daha əvvəl Amerika prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.
Fevralın sonunda ABŞ lideri “Truth Social” sosial şəbəkəsində gələcəkdə Qəzza zolağının kurorta çevrilməsini əks etdirən videoçarx yerləşdirib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər