Bütün xəbərlər
Putin Rusiyanın Burkina Fasoya terrorla mübarizədə yardımını davam etdirəcəyini bildirib
Tarix: 10-05-2025 22:32 | Bölmə: Karusel

Rusiya Burkina Fasoya ölkədəki terror qruplaşmalarına qarşı mübarizədə yardımı davam etdirmək niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin respublika lideri İbrahim Traore ilə danışıqlar zamanı deyib.
Putin vurğulayıb ki, hazırda hər iki ölkəni ümumi məqsəd birləşdirir - terrorizm və ekstremizmlə mübarizə.
“Biz respublikaya qanunun aliliyini və konstitusiya quruluşunu bərpa etməkdə, Burkina-Fasonun müəyyən ərazilərində qalan radikal qrupların sıxışdırılmasında yardım göstərməkdə davam edəcəyik”, - Rusiya lideri qeyd edib.
Rusiya prezidenti həmkarına Qələbənin ildönümünü qeyd etmək üçün Rusiyaya səfər etdiyinə görə də təşəkkür edib.
Xəbər verdiyimiz kimi, Traore Putini görüşdə rus hərbçiləri ilə eyni şəkildə salamlayıb.





Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər