Bütün xəbərlər
"Axios": Zelenski Trampla görüşdən sonra Amerika kanalına müsahibəsini ləğv etdi
Tarix: 30-04-2025 16:04 | Bölmə: Manşet

Kiyev rejiminin başçısı Vladimir Zelenski Romada ABŞ prezidenti Donald Trampla görüşdən sonra Amerikanın ABC telekanalına müsahibəsini ləğv edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə mənbəyə istinadən "Axios" portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, müsahibə əvvəlcə bazar günü səhər ABC-nin “Bu həftə” proqramı çərçivəsində baş tutmalı idi. Lakin Zelenski tərcümə ilə bağlı texniki problemlərə görə onu ləğv etmək qərarına gəlib. Ukrayna lideri bu qərarı Trampla görüşdən sonra verib.
"Axios" mənbədən sitat gətirir: "Görüş yaxşı keçdi və Zelenski heç bir riskə getmək istəmədi".
Bundan əvvəl Ukrayna və Qərb mediası Zelenski ilə Trampın Roma Papası Fransiskin dəfn mərasimində “qısa” görüş keçirdiklərini yazıb. "Sky News"-in məlumatına görə, tərəflər mərasimdən sonra görüşmək barədə razılığa gəliblər, lakin CNN-in məlumatına görə, Tramp Romadan “tezliklə” ayrılıb.
"The Economist" yazır ki, Zelenski Trampdan sülh prosesindən əl çəkməməyi xahiş edib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər