Bütün xəbərlər
Makron: "Atəşkəs Kiyevə silah tədarükünün dayandırılmasını nəzərdə tutmur"
Tarix: 10-05-2025 23:38 | Bölmə: Manşet

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynada “istəklilər koalisiyası” tərəfindən planlaşdırılan 30 günlük atəşkəs Kiyevə silah tədarükünün dayandırılmasını nəzərdə tutmur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa prezidenti bunu Kiyevdə üç Avropa ölkəsinin lideri və Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə görüşündən əvvəl bəyan edib.
Onun çıxışının səs yazısı Yelisey sarayı tərəfindən X sosial şəbəkəsində yayımlanıb.
"Biz hər hansı güzəştə getmək imkanını qətiyyətlə rədd edirik. Heç bir ilkin şərt yoxdur: müdafiə və müqavimət üçün silah tədarükünün dayandırılması, heç bir danışıqların (nəticəsinin) əvvəlcədən müəyyən edilməsi yoxdur", - Makron vurğulayıb.
Fransa prezidenti yenə də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə hədələyib. O qeyd edib ki, Rusiya razılaşmasa, əlavə məhdudiyyətlər və Ukraynaya dəstəyin daha da gücləndirilməsi ilə üzləşəcək. Emmanuel Makron əlavə edib ki, Avropa İttifaqı yaxın günlərdə yeni, fərqli sanksiyalar paketi hazırlamağı nəzərdən keçirə bilər.
Bundan əvvəl Makron bildirib ki, ABŞ atəşkəs rejiminə nəzarəti öz üzərinə götürməyə hazır olduğunu bildirib. O, həmçinin qeyd edib ki, planlaşdırılan atəşkəs münaqişə tərəflərindən heç bir ilkin şərtin yerinə yetirilməsini tələb etmir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya öz mövqelərini nəzərə alaraq Ukraynada 30 günlük atəşkəs təklifinə baxacaq. O xatırladıb ki, Kiyev Putinin Qələbə günü şərəfinə elan etdiyi üç günlük atəşkəsə cavab verməyib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna silahlı qüvvələri atəşkəs rejimini doqquz min dəfədən çox pozub.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər