Bütün xəbərlər
Vitkoff: "ABŞ heç bir halda Putinlə dialoqdan imtina etməməlidir"
Tarix: 09-05-2025 20:50 | Bölmə: Dünya

ABŞ Rusiya prezidenti Vladimir Putinlə birbaşa dialoq aparmalıdır; ABŞ prezidentinin nümayəndəsi Stiven Vitkoff "Breitbart News"ə müsahibəsində bunun əksini ifadə edən bəyanatlar absurddur deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Jurnalistlərin qeyd etdiyinə görə , Vitkoff Rusiya lideri ilə şəxsi görüşünə görə ABŞ daxilində tənqidlərlə üzləşib.
Lakin Vitkoff bu tənqidi rədd edərək, Putinlə danışıqlara alternativin Moskva ilə dialoqdan tamamilə imtina edən keçmiş ABŞ prezidenti Co Baydenin siyasəti olduğuna işarə edib. Səfir Baydenin mövqeyinin nəticə vermədiyini vurğulayıb.
"Prezidentin (Trampın) göstərişi ilə prezident Putinlə əlaqə saxlamaq imkanım olub. O, bu münaqişənin mərkəzi oyunçusudur. Əgər onunla danışmasaq, necə düşünürük ki, nə vaxtsa bir həll yolu tapacağıq? Bu, mümkün deyil. Ona görə də onunla danışmamaq fikri absurddur", - Vitkoff deyib.
Bundan əvvəl Co Bayden Donald Trampı NATO blokunu sarsıtmaqda və Rusiya ilə münasibətlər qurmaqda ittiham etmişdi ki, bu da Baydenin fikrincə, Amerikanın maraqlarına xələl gətirir.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər