Bütün xəbərlər
Fransız tarixçi Todd: "Rusiya ilə münaqişə Ukraynaya mövcud olmaq üçün səbəb verdi"
Tarix: 29-04-2025 17:49 | Bölmə: Manşet

Fransa tarixçisi Emmanuel Todd “Rossiya 24” telekanalına müsahibəsində deyib ki, Rusiya Federasiyası ilə münaqişədə Ukrayna öz mövcudluğunun mənasını tapıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sovet İttifaqı dağılandan bəri Ukrayna öz tarazlığını tapa bilmir. Ekspert hesab edir ki, ölkə öz kimliyi problemi ilə üzləşib - əvvəllər bu ölkə rus mədəniyyəti ilə səciyyələnirdi.
"Ukrayna Rusiyadan asılı olmayaraq öz kimliyini müəyyənləşdirməkdə çox çətin anlar yaşadı. Ukrayna Rusiyaya qarşı kimliyini Rusiyasız olduğundan qat-qat yaxşı müəyyənləşdirir. Məncə, bizim yaşadığımız əsl dram müharibənin Ukraynaya mövcud olması üçün səbəb verməsidir. Müstəqilliyini qorumaq üçün müharibə aparmaq, ruslarla döyüşmək, Ukraynada müəyyən dairələr arasında birlik yaradıb".
Həmçinin “Rossiya 24” telekanalına müsahibəsində tarixçi Ukrayna böhranında Aİ ölkələrinin rolunu dəyərləndirib. Onun fikrincə, avropalılar bu münaqişədə məğlubiyyətlərinin dərinliyini hələ dərk etmirlər.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər