Bütün xəbərlər
Husilər Ben Qurion hava limanına hipersonik raket hücumu həyata keçirdiklərini iddia edirlər
Tarix: 09-05-2025 20:32 | Bölmə: Dünya

Yəmənin Ənsar Allah hərəkatı Təl-Əvivin Ben Qurion hava limanına ballistik raket hücumu təşkil etdiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Yəmən ərazisindən atılan raketin qarşısını aldığını bildirib. Sursatın vurulduğu ərazi dəqiqləşdirilməyib.
"Raket qüvvələri hipersəs ballistik raketdən istifadə edərək Ben-Qurion hava limanına hücum edərək, hərbi əməliyyat keçirib", - TASS xəbər agentliyi Husilərin hərbi nümayəndəsi Yəhya Sariyaya istinadən bildirib.
Mayın əvvəlində İsrail Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrindəki bir sıra hədəflərə silsilə zərbələr endirib. Hücumlar husilərin Ben Qurion hava limanını atəşə tutmasından sonra baş verib.
Rəy göndər



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər