Bütün xəbərlər
Tsivilev Rusiya ilə Vyetnam arasında energetika sahəsində əlaqələrin perspektivlərini yaxşı qiymətləndirib
Tarix: 10-05-2025 21:55 | Bölmə: Sosial

Rusiya ilə Vyetnam arasında enerji sahəsində əlaqələrin perspektivləri yaxşı qiymətləndirilir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilev “Rossiya” telekanalında bildirib.
Rusiya-Vyetnam danışıqlarından sonra iki ölkə arasında strateji əməkdaşlığa dair yeni saziş imzalanıb. Tsivilev bildirib ki, böyük sazişin bir hissəsinə “Zarubejneft” şirkəti ilə Vyetnam şirkətləri arasında da müqavilələr daxildir.
"Biz "Zarubejneft" və Vyetnam şirkətləri arasında gələcək əməkdaşlıq haqqında saziş imzaladıq ki, bu, əməkdaşlığın diapazonunu genişləndirəcək və işlənəcək blokların sayı artacaq. Beləliklə, bizim perspektivlərimiz yaxşıdır", - nazir qeyd edib.
Mayın 10-da Rusiya Prezidenti Vladimir Putin Vyetnam Kommunist Partiyasının baş katibi To Lam ilə görüşdə Moskva ilə Hanoy arasında enerji sektorunda əməkdaşlığın uğurla və fəal şəkildə inkişaf etdiyini bəyan etdi – artıq bir sıra layihələr müəyyən edilib, sazişlərlə təmin olunub.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib