Bütün xəbərlər
Vatikan yeni Roma Papası XIV Leo-nun gerbini təqdim edib
Tarix: 10-05-2025 21:24 | Bölmə: Dünya

Vatikan Roma Katolik Kilsəsinin yeni rəhbəri XIV Leo-nun rəsmi gerbini açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun şəkli Vatikan Dövlət Katibliyinin rəsmi səhifəsində dərc olunub.
Gerb diaqonal olaraq iki hissəyə bölünmüş qalxan şəklində təqdim olunur. Onun yuxarı hissəsində mavi fonda ağ zanbaq təsvir edilmişdir. Bu, Allahın Anasının saflığını və günahsızlığını simvollaşdırır.
Gerbin aşağı hissəsində qırmızı oxla deşilmiş İncil üzərində yanan ürək var. Ürək yeni papanın mənsub olduğu Avqustin ordeninin simvoludur və eyni zamanda Müqəddəs Avreliy Avqustinin “Sözünlə ürəyimi vurdun” ifadəsinə istinad edir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər