Bütün xəbərlər
Hindistan Xarici İşlər Nazirliyi: Pakistan atəşkəsi pozdu, Hindistan ordusu cavab tədbirləri görəcək
Tarix: 10-05-2025 23:32 | Bölmə: Dünya

Pakistan Hindistanla atəşkəsi pozdu, Hindistan ordusu bu pozuntuya adekvat cavab verəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini Vikram Misri brifinqdə deyib.
O vurğulayıb ki, Hindistan hərbçiləri vəziyyəti aydın qiymətləndirir və pozuntuların təkrarlanmasına qətiyyətlə cavab vermək tapşırılıb.
"Bu gün əvvəl əldə edilmiş razılaşma pozulub. Silahlı qüvvələr bu pozuntulara adekvat cavab verir və biz bu pozuntuları çox ciddi qəbul edirik", - Misri bildirib.
Bundan əvvəl Cammu və Kəşmirin baş naziri Ömər Abdullah bildirib ki, Pakistan atəşkəsi pozub və əyalətin paytaxtı Şrinaqar şəhərində partlayışlar olub. O, Hindistanın hava hücumundan müdafiə sistemlərinin şəhəri mərmilərdən qoruyan videosunu da yerləşdirib.
"Sinxua" agentliyi Pakistanın təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, Hindistan əsgərləri Hindistan-Pakistan sərhədindəki Nəzarət Xətti boyunca atəş açıblar.
Mayın 10-da Hindistan və Pakistan atəşkəsə razılaşdıqlarını, bu isə quruda və havada hərbi əməliyyatların tamamilə dayandırılması demək olduğunu açıqladı. Rəsmi olaraq Moskva vaxtı ilə saat 14:30-da qüvvəyə minib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər