Bütün xəbərlər
Dupon-Aignan: "Fransa Moskvada Qələbə Paradında iştirak etməli idi"
Tarix: 09-05-2025 20:29 | Bölmə: Manşet

“Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan deyib ki, Moskvada keçiriləcək Qələbə Paradında Fransa nümayəndələri iştirak etməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, X sosial şəbəkəsində fikirlərini bölüşüb.
Siyasətçi vurğulayıb ki, ölkə nümayəndələri “nasist vəhşiliyinin” bütün qurbanlarına hörmət əlaməti olaraq Qələbə Günü tədbirlərinə qatılmalı olublar.
“Tarixi dürüstlük və nasist vəhşiliyinin bütün qurbanlarına hörmət baxımından 8 və 9 may tarixlərini bütün müttəfiqlər - fransızlar, ruslar, amerikalılar və ingilislər həm Parisdə, həm də Moskvada birlikdə qeyd etməli idilər.
Düpon-Aignan onu da əlavə edib ki, Fransa Moskva və Pekinin yaxınlaşmasına imkan verməklə ciddi geosiyasi səhvə yol verir.
Bundan əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpinq, Serbiya Prezidenti Aleksandr Vuçiç, Belarus lideri Aleksandr Lukaşenko və Qazaxıstanın lideri Kasım-Jomart Tokayevin Qələbə Günü münasibətilə keçirilən anım tədbirlərində iştirak etmək üçün Moskvaya səfər etdikləri bildirilib. Misir, Zimbabve, Braziliya, Monqolustan, Qvineya-Bisau, MDB ölkələri və digər dövlətlərin prezidentləri də iştirak ediblər.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər