Bütün xəbərlər
Zelenski: "Ukrayna ən azı bir ay “istənilən gün” atəşi dayandırmağa hazırdır"
Tarix: 04-05-2025 23:22 | Bölmə: Manşet

Ukrayna münaqişəni dayandırmaq üçün “istənilən gündən” və ən azı 30 gün ərzində atəşkəs rejimini tətbiq etməyə hazırdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Kiyev rejiminin başçısı Vladimir Zelenski Praqada Çexiya Prezidenti Petr Pavellə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, atəşkəs təkcə bayramlarda deyil, “gündəlik sükut”u nəzərdə tutur.
"Bizə əsl atəşkəs lazımdır. Ukrayna müharibəyə son qoymaq üçün istənilən gündən, lakin ən azı bir ay susmağa hazırdır", - deyə, Zelenski bildirib.
Eyni zamanda, Pavel münaqişənin 2025-ci ilin sonuna qədər bitməyəcəyini təklif edib. O, 2026-cı ildə Ukraynaya hərbi yardım planlarını belə izah edib. Böhran tez başa çatsa, Kiyev sursatları özündə saxlayacaq.
Bundan əvvəl Çexiya lideri bildirib ki, Kiyev 2025-ci ilin sonuna kimi avropalı müttəfiqlərindən 1,8 milyona yaxın artilleriya mərmisi alacaq.Avropanın Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmaq istəyinə baxmayaraq, Pavel əmin edib ki, onların gələn il Kiyevi sursatla təmin etmək üçün imkanları var.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər