22:15 / 04-05-2026
İran ordusu Hörmüz boğazında xəbərdarlıq atəşi açıb
22:08 / 04-05-2026
78 yaşlı anasını döyərək öldürdüyünə görə həbs edilib
21:55 / 04-05-2026
Bernvald Livanda döyüşlərin davam etdiyini bildirdi
21:53 / 04-05-2026
Zelenski Kiyevin AB-yə üzvlük danışıqlarına hazır olduğunu açıqladı
21:48 / 04-05-2026
Elektrik skuterində olan gənc oğlan bir qızı vurub hadisə yerindən qaçıb
21:45 / 04-05-2026
Tanışını qətlə yetirməkdə ittiham olunan həbs edilib
21:42 / 04-05-2026
Lavrov Misir xarici işlər naziri Əbdüləti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
19:06 / 04-05-2026
Fırtına xəbərdarlığı verilib
19:04 / 04-05-2026
Finlandiya Rusiya sərhədinə yaxın olduqları üçün hava məkanına daxil olan dronları vurmadı
19:01 / 04-05-2026
Ermənistanın Avropaya inteqrasiyası Yerevan və Tehran arasındakı münasibətlərin pisləşməsinə səbəb ola bilər
18:58 / 04-05-2026
Uşaq beşinci mərtəbənin pəncərəsindən yıxılıb
18:55 / 04-05-2026
Fiko və Zelenski Yerevanda görüşdülər
18:09 / 04-05-2026
Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?
17:50 / 04-05-2026
Yaxın Şərq münaqişəsindən ən çox Almaniya əziyyət çəkdi
17:47 / 04-05-2026
Polşa Almaniyadan çıxarılan ABŞ qoşunlarını dəstəkləməyə hazırdır
17:08 / 04-05-2026
Ermənistan Makronun sözlərini ikiüzlü və yalan adlandırır
17:04 / 04-05-2026
İş adamından pul tələb edən dörd kişi həbs olundu
17:01 / 04-05-2026
ABŞ ordusu Hörmüz boğazında İİKK-nın qayıqlarına hücum edə biləcək
16:58 / 04-05-2026
Tanışını yandıran 9,5 il həbs cəzasına məhkum edilib
16:51 / 04-05-2026
Dağıstanın keçmiş rəhbəri yeni vəzifəyə göndərilməməsini xahiş edib
16:48 / 04-05-2026
Paşinyan Ermənistanın NATO ilə əməkdaşlığından danışdı
16:44 / 04-05-2026
Kanada Ukraynaya silah almaq üçün əlavə 200 milyon dollar xərcləyəcək
16:35 / 04-05-2026
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
16:16 / 04-05-2026
“Space”in yeni rəhbəri kimdir? - Dosye
23:15 / 03-05-2026
Tofiq Paşayevə ağır itki
22:58 / 03-05-2026
Mehriban Əliyeva və Alina Kabaeva Avropa kubokunu izlədilər - Fotolar
22:43 / 03-05-2026
Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - Fotolar
22:39 / 03-05-2026
Makron Yerevan sammitinə həyat yoldaşı olmadan gəlib
22:33 / 03-05-2026
İran ABŞ-dan 14 bəndlik sülh təklifinə cavab alıb
22:25 / 03-05-2026
Zelenski Yerevanda Keyr Starmer ilə görüşüb
22:21 / 03-05-2026
"Paşinyanın daha bir səhvi": Millət vəkili Çepa Ermənistanda keçirilən AB-Ukrayna sammiti ilə bağlı
22:14 / 03-05-2026
Türkiyənin şərqində avtobus qəzasında dörd nəfər ölüb
20:59 / 03-05-2026
"Afrika aslanı" təlimi zamanı iki ABŞ əsgəri itkin düşüb
20:54 / 03-05-2026
"The Guardian" Hegseth-in ən böyük qorxusu haqqında məlumat yayıb
20:49 / 03-05-2026
Politoloq Trampın Çin səfərindən nə gözləməli olduğunu açıqladı
20:46 / 03-05-2026
İran liderinin müşaviri blokadaya cavab olaraq ABŞ gəmilərini məhv etməklə hədələdi
20:40 / 03-05-2026
Larisa Dolinanın 2026-cı ilin sonuna qədər konsertlərinin sayı açıqlandı
20:35 / 03-05-2026
Keçmiş "Mançester Yunayted" meneceri Aleks Ferqyuson ev oyunundan əvvəl xəstəxanaya yerləşdirilib
Əhməd bəy Ağaoğlu yaradıcılığında qadına verilən dəyər- Həcər Atakişiyeva
Tarix: 10-08-2021 21:52 | Bölmə: Ədəbiyyat

Əhməd bəy Ağaoğlu bir çox əsərlərində qadın mövzusuna toxunmuşdur. Əhməd bəy say-seçmə ədiblərdəndir ki, yaradıcılığında gender məsələsində tarazlığı qoruya bilmişdir. O, ilk kitabı olan 1901-ci ildə Tiflisdə rus dilində çap etdirdiyi “İslama görə və islamiyyətdə qadın” əsərində qadın mövzusunu tam ətraflı işləmiş, islamaqədərki vaxtlardan son dövrlərədək qadının ictimai mövqeyini müəyyənləşdirməyə nail olmuşdur. Əhməd bəy Ağaoğlunun fikrincə, qadının Hz. Məhəmməd zamanında tutduğu mövqe, qədim İran və İslam öncəsi ərəb qəbilələrinin halı ilə müqayisə olunmayacaq qədər yüksəkdir. Ailə həyatı və qadın məsələsinə Ağaoğlu çox böyük həssaslıqla yanaşmışdır. İslamda qadına verilən dəyərlər Əhməd bəyin yaradıcılığında bitkin bir şəkildə işlənmişdir. İslamda qadınların sosial vəziyyəti iki yerə ayrılır: 1. İslamdan öncəki dövrdə qadın; 2. İslamda qadın. Bu ayrılmada qadınların hüquq və vəzifələri, eyni zamanda kişinin qadın qarşısında daşıdığı vəzifələr yer alır. Əhməd bəy Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərində İslam qanunlarında tətbiq olunan dəyərləri sistemləşdirək. Yaşamaq hüququ - İslam qanunlarının tədbiq olunması ilə doğulan qız uşaqlarını quma basdırmaq adəti zamanla sıradan çıxdı. Qızların yaşamaq hüququ onlara qaytarıldı. Cəmiyyətdə iştirak etmək hüququ - İslamdan öncə də bəzi varlı qadınlar cəmiyyətdə söz haqqına malik idilər. Bütünlükdə isə qadınlar ictimai həyatda nəinki söz haqqına, heç öz haqqlarına belə sahib çıxa bilmirdilər. İslam qəbul edildikdən sonra isə təbəqəsindən asılı olmayaraq bütün qadınlara cəmiyyətdə iştirak hüququ verildi. Tarixə Məkkə şəhərinə içməli su çəkdirməyi ilə düşmüş Harun ər-Rəşidin arvadı Zübeydə xanım İslamda qadına verilən dəyərin nümayəndələrindəndir.
Ayrıseçkiliyə məruz qalmamaq hüququ - İslam dini üçün qadın və ya kişi olmaq yox, vacib olan yaxşı və təmiz bir insan olmaqdır. İslam dini ancaq kişilərin mənafeyini təmin etsəydi Qurani Kərimdə “Kişilər” adlanan surə olardı. Lakin İslam dini əzilənin, haqqı tapdalananın yanında olduğu üçün Quranda kişilər yox, “Qadınlar” adlanan surədə qadınların hüquqları tənzimlənir.
Seçmək və seçilmək hüququ - İslam yarandıqdan sonra qadınlar müstəqil şəkildə Hz. Məhəmmədə biət edə bilirdilər. Bu qadınların azad bir şəkildə öz rəhbərlərini seçməsi demək idi.Təhsil hüququ - İslam dinində qadınların təhsil almaq hüququ tamamilə təmin olunur. İslamda “Elm üçün cinsin heç bir fərqi yoxdur” prinsipi əsas götürülür.İqtisadi müstəqillik hüququ - Qadın öz mülkündən istədiyi kimi istifadə edə bilər. Xərclərini tələb etmək hüququ - Kişi öz qadınını maddi cəhətdən təmin etməlidir. Qadın ehtiyaclarını təmin etməyi ərindən tələb edə bilər. Nikahda sərbəstlik hüququ - İslam dinində qadın izdivac istəyində azaddır. İstədiyi kişi ilə evlənə bilər. Qadının razılığı olmazsa nikah etibarlı hesab olunmur.
Miras hüququ - Miras hüququ “Nisa” surəsində dəqiq şəkildə qeyd olunur. Burada yazılır ki, bir oğlan övladının mirasdan payı iki qız övladının payına bərabər götürülür. Eyni haqq və cəzanın verilməsi- Günahkar olan hər bir şəxsin özünü müdafiə, peşmançılıq, günahını etiraf etmək hüququ və s. vardır. Əhməd bəy qeyd edir ki, İslam dini İsanın iztirabları, onun mövludu, Məryəm, “İlahi ruh”un anası haqqında bəhs edərkən elə dərin həyəcan, şəfqət və ehtiram ifadə edir ki, o qədər ülvi və əzəmətli hisslərlə bunu ifadə edir ki, buna Quranın üslubunda çox az hallarda rast gəlinir. Müsəlmanlar arasında Məryəmə bəzi Xristian sektalarının bəslədiyi ehtiramdan daha çox hörmət olunur. Məryəm İslamda seçilmiş pak, günahsız, saf bir qızdır. İslam peyğəmbəri Hz. Məhəmməd Məryəmə qarşı dərin hörmət hissləri bəsləyir, onun pak və müqəddəs olduğunu öz fikirləri ilə təsdiqləyir. Hz. Məhəmməd qızı Fatimə haqqında deyir: “İlahi ruhun anası olan Məryəmdən sonra qızım Fatimə ikinci qadındır”. O, Hz. İsanın fikir, düşüncə və amalını bütünlükdə dərk etmişdi və bu amala daim sədaqətli olmuşdur. Əhməd bəy qeyd edir ki, İslamda qadına verilən dəyəri müəyyən etmək üçün mütləqdir ki, islamaqədərki ərəblərin həyat tərzini tədqiq edəsən, o dövrdə ərəb qadınının və qonşu xalqlarda qadınların vəziyyəti ilə tanış olasan, islamın qadına münasibəti məhz bu zaman tam aydınlığı ilə görünər. Yalnız o zaman islamın qadın hüquqsuzluğunun inkişafındakı rolu haqqında Hz. Məhəmmədin ümumiyyətlə, qadın və xüsusilə, ərəb qadını üçün gördüyü işlər haqqında tam, hərtərəfli müzakirə aparmaq olar. İslam dinində qadına münasibət məsələsini araşdırmaq üçün əvvəlcə Hz. Məhəmmədin dövründəki Ərəbistanda və ümumiyyətlə, Şərqdə qadının vəziyyəti ilə tanış olmaq lazımdır, daha sonra isə Peyğəmbərin qadınlar üçün gördüyü, yaxud görmək istədiyi tədbirlər haqqında danışıla bilər. Ərəbistanda və onu əhatə edən ölkələrdə islamaqədərki dövrlərdə qadının vəziyyəti olduqca ağır, acınacaqlı və dəhşətli idi. Məsələn, İranda qadın tamamilə qula çevrilmiş vəziyyətdə idi. Qadın hətta işığa həsrət idi; bütün hüquqları əlindən alınmışdı, hətta mülki qanunlara görə qadınlar satıla da bilərdi və satılırdı. İranda ilahi və mədəni qaydalara əməl edilmirdi. Cəmiyyət ağıl və məntiq xaricində idarə olunurdu. Ehtiras hər şeyə hakim olmuşdu. Qüvvət və təcavüz yeganə yol kimi görünürdü. Hökmdarlar qan tökməkdən zövq alırdılar. Namusa təcavüz etmək onların əyləncəsinə çevrilmişdi. Dul və yetimlərin malı talanırdı, qadınların həyatı oyun-oyuncaq halına gəlmişdi. Qadınları kişilərə tabe olmadığı halda saçlarından asırdılar. İranda islamaqədərki dövrdə dini qanunlar, ana, bacı və digər yaxın qohumlarla ailə qurmağa icazə verirdi. İranda qadınlar hamıya məlum olan özəl günlərində evlərindən qovulurdu və hamıdan uzaqlaşıb daxmalarda yaşamağa məcbur edilirdi; onlara ölməsinlər deyə məcburiyyətdən qida gətirilirdi və qida gətirən adamlar burun və qulaqlarını tıxayıb, əllərinə isə əski bağlayırdılar və heç kim o qadınlara toxunmurdu, hətta onların udduğu hava və istifadə etdikləri əşyalar belə murdarlanmış sayılırdı. Qadınlar islamaqədərki dövrdə tamamilə kişilərdən asılı idi, ərləri isə onların mütləq sahibləri hesab olunurdu. Qadınlarla ev əşyaları ilə rəftar etdikləri kimi rəftar edirdilər. Ərəbistanın özündə isə qadınların vəziyyəti daha da acınacaqlı vəziyyətdə idi. Qız uşağının dünyaya gəlməsi bəd əlamət, uğursuzluq, bədbəxtçilik, allahların insanları cəzalandırmaq yolu kimi başa düşülürdü. Ərəblər yeni doğulan qız uşaqların quma basdırır, satır, yaxud hər hansı bir ev heyvanına dəyişdirirdilər. Kəbinlər kəsilmirdi, təsadüfi birləşmələr şəklində qadınlarla münasibətlər qurulurdu. Kişilər heç bir qanuna, yaxud adətə əsaslanmırdı və hər hansı maddi ya əxlaqi öhdəlikləri olmurdu. Ərəblər başqa xalqlara ehtiraslı və temperamentə malik olmalarını əsas gətirərək bu münasibətlərə müəyyən mənada azad məhəbbət adı altında qəbul etdirə bilmişdilər. Qadın və kişilər istədiyi anda bir-birini tərk edə bilərdilər. Ailə anlayışı yox idi. Ərəb münasibətlərində qadınların lazımsız əşya kimi atılmasının qarşısını alan yeganə məfhum qadının qohumlarının qisas ala biləcəyi qorxusu idi. Ərəbistanda demək olar ki, bütün varlı şəxslərin ən azı 15, 20, bəzən isə hətta 100 və daha çox arvadı olurdu. Hüquqlarını tamamilə itirmiş qadınlar zaman keçdikcə hətta öz insan simalarını belə itirirdilər. Qadınlar ərlərinə və kişi cinsinə mənsub olan valideynlərinə aid olan malın varisi olmaq hüququna malik deyildilər. Atalar qızları ilə istədikləri kimi rəftar edə bilərdi; əksər hallarda ərəb kişiləri qızlarını beşikdə ikən kiməsə nişanlayırdı və qız böyüyəndə atanın sözündən çıxa bilmirdi. Artıq onun taleyi körpəlikdən qaraldılmışdı. Hz. Məhəmməd ilk çıxışlarında belə cəmiyyətdə hökm sürən qadına qarşı vəhşi adətlərə qarşı sərt şəkildə etiraz edirdi; qadınların acınacaqlı vəziyyəti qədər heç bir şey İslam peyğəmbərinin alicənab qəlbini bu qədər narahat etmirdi; arxasız qalmış qadınların, yetim uşaqların və yurdsuz əcnəbilərin taleyi onu hədsiz nigaran edirdi və mənəvi əzablar verirdi. İslam dininin qadınlara verdiyi dəyərlər “Qurani-Kərim”in 16 surəsində (“Bəqərə”, “Ali İmran”, “Nisa”, “Maidə”, “Yusif”, “İbrahim”, “Nəhl”, “Məryəm”, “Nur”, “Nəml”, “Qəsəs”, “Əhzab”, “Rəhman”, “Mücadilə”, “Təlaq”, “Buruc”) öz əksini tapmışdı. İslam kitabı olan Quranın “Sureyi-Nisa” adlanan böyük bir surəsi qadına həsr olunmuşdu; bu onu sübut edir ki, Hz. Məhəmməd qadın hüquqsuzluğu məsələsini olduqca mühüm bir məsələ hesab edirdi. Quranın “Sureyi-Nisa” surəsi öz gözlənilməz və cəsarətli cümlələri ilə o dövrün cahil ərəb kişilərini mat qoydu. Surə cahiliyyə dövrü kişilərinə hədlərini bildirəcək cümlə ilə başlayırdı: “İnsanlar! Sizi eyni maddədən yaratmış Allahdan qorxun!” Bu fikirlər bütpərəstliyə siyayiş edən ərəblərin əsrlərlə qoruyub saxladıqları, müqəddəs saydıqları adət və ənənələrini, ulu babalarının onlara ötürdükləri mirasları, müqəddəs saydıqları ideyalarını və bütövlüklə dünyagörüşlərini məhv edə biləcək gücdə idi. Bu fikirlər cəmiyyəti inqilabi vəziyyətə gətirə bilmək qüdrətində idi. Bu çağırış qadınlar üçün xilasa bərabər idi.Bu cümlələr ərəb kişilərini rüsvay edirdi, onların yadına salırdı ki, qadın və kişilər eyni maddədən yaradıldığına görə bərabər hüquqa malikdirlər. Sosial-əxlaqi varlıq kimi eyniyyətə malikdirlər və öz hərəkətlərinə görə eyni dərəcədə Allah qarşısında cavabdehdirlər. Lakin, müqəddəs Quranda qadın məsələsilə paralel olaraq, müqəddəslik, Allaha xatir edilən xeyirxah əməllər, yetim uşaqları himayəyə götürmək, köməyə möhtac vəziyyətdə olan əcnəbilərə və başqa məsələlər də təhlil olunur. Quran, öncəliklə, bəşəriyyət üçün rüsvayçılıq olan qızların diri-diri quma basdırılması kimi vəhşi bir adətin əleyhinə çıxırdı; bu haqda Quranda iki yerdə bəhs olunur. Birinci məqamda cəhənnəmin canlı təsvirində, valideynləri tərəfindən diri-diri torpağa basdırılan qız uşaqları valideynlərinin ətəyindən tutub haqqını tələb edir: “Məni hansı günahıma görə öldürmüsən?” – sualı bütün bəşəriyyəti silkələmək gücündədir. İkinci məqamda cənnətin təsvirində isə “Öz uşaqlarınızı öldürməyin!” nidası yüksəlir. Müqəddəs Məkkə şəhəri fəth edildikdən sonra, bütpərəstlər islamı qəbul etmək məcburiyyətində qaldılar. Məkkə müşriklərinin təntənəli şəkildə andlarından biri də “Daha öz qız uşaqlarımızıdiri-diri quma basdırıb öldürməyəcəyik!” andı idi. Hz. Məhəmmədin adı ilə bağlanan bir çox hədislər də dövrümüzə çatmışdır ki, burada da qadının ucaldılması meylləri açıq bir şəkildə hiss olunur. Bu hədislərin bəzilərində qız övladının doğulması Allahın neməti, töhfəsi kimi təsvir olunur. Dünyasını dəyişmiş qızların ruhları belə hətta valideynlərinin günahlarının bağışlanması üçün Allaha yalvaran mələklərə çevrilirlər. İslamın yenicə yayıldığı zamanlarda yenicə İslam dinini qəbul edib müsəlman olmuş Benu-teminov tayfasının başçısı Kays-bin Asima peyğəmbərin yanına gələrkən görür ki, Hz. Məhəmməd dizlərinin üstündə oturaraq körpə bir qızcığazı öpüb oxşayır. Gördüyü mənzərədən heyrətə düşən qonaq peyğəmbərdən soruşur ki,“Bu qızcığaz kimdir ki, sən onu belə əzizləyirsən?” “Bu - mənim qızımdır,” - deyərək peyğəmbər cavab verir. “Allah! Mənim də belə çoxlu qızlarım olub. Heç birinin heç bir zaman bir dəfə də olsun üzündən öpməmişəm, hamısını öz əllərimlə acımadan diri-diri torpağa basdırmışam.” Peyğəmbər həyəcanla: “Ay bədbəxt! - dedi. - Deməli, Allah sənin qəlbini insan hisslərindən məhrum etmişdir”. Peyğəmbər deyirdi: “Cənnət - anaların ayaqları altındadır”. Hz Məhəmməd VII əsrdə qadının mənəvi dəyərini o dərəcə yüksəldib, qadına o qədər səlahiyyətlər vermişdir ki, bugünün müasir qanunvericilikləri, məsələn, Fransa qanunvericiliyi belə bu ədalətli qanunları xəyallarına belə gətirilə bilməz. İslamda qız övladıda oğul övladı ilə eyni hüquqa malikdir və qızlarda tam hüquqlu varisdirlər. Valideynlərinə həddi-buluğa çatana qədər qız övladlarını satmaq və ya istədiyi kimi rəftar etmək tamamilə qadağan olunur. Həddi-buluğa çatdıqdan sonra isə qadın tam hüquqlu vətəndaş olur. Qızın razılığı olmadan bağlanmış nikah qanunsuz sayılır. Qadınlar bütün azad insanlar kimi vətəndaşlıq hüquqlarına malikdirlər və istədiyi qanuni fəaliyyətlə məşğul ola bilərlər. Qurana görə, ərli qadın həmçinin tam hüquqlu vətəndaşdır. Ərli qadında öz əmlakı ilə, ərindən icazə almadan, istədiyi tərzdə rəftar edə bilər. Ər isə öz qadınından uşaqlarının əmizdirilməsindən başqa heç bir şey tələb edə bilməz, qadının da borcudur ki, ailə qurduğu ərinə sadiq olsun. Ərinə xidmət etməsi isə yalnız onun xoş məramının, ərinə məhəbbətinin təzahürüdür.
Bütün ailə daxili mübahisəli məsələlər ailə daxilində, hər iki tərəfdən iki nümayəndənin iştirakı ilə həll olunmalıdır. Qadınlar öz ərlərinin və uşaqlarının varisləridir. Kəbinin əsası isə - məhəbbətdir. Kəbin pozulan zaman ər keçmiş qadınına müntəzəm olaraq kəbin məbləğini ödəməlidir və ən azı üç ay müddətində həmin qadının tələbatlarını qarşılamalıdır. Boşanmış qadın kiçik yaşlı uşaqlarını da öz yanında saxlaya bilər və ər onların bütün ehtiyaclarını təmin etməlidir. Düzdür, Quran boşanmağa icazə verir, lakin, eyni zamanda, onu lənətləyir: “Mənim üçün (Allah üçün) boşanmadan pis, iyrənc bir şey yoxdur. Ərlər hətta sevmədiyi qadınları ilə humanistcəsinə, xoş rəftar etməlidirlər”, “onlarla məhəbbət və sülh şəraitində yaşayın, onlardan zəhləniz getsə də, dözün və Allah sizin bu əməllərinizi layiqincə qiymətləndirər”. Kişilər, hətta onlara xəyanət etmiş qadınları belə bağışlamağı bacarmalıdırlar. Xəyanətə aid şübhələr dedi-qodulara, ara söhbətlərə deyil, tutarlı sübutlara əsaslanmalıdır. Qadının ərinə xəyanət məsələsi səlahiyyətli məhkəmə tərəfindən araşdırılmalı və dörd şahidin şəhadətilə təsdiq olunmalıdır; yalnız ondan sonra hakim qadının günahını təsdiq edir və nəticədə qadın etdiyi əməldən peşman olub, tövbə edərsə Allah da qadını bağışlamağı buyurur. Bu kəlmələr vəhşi, ehtiraslı, öz qadınlarını hər bir xırda şübhəyə görə daşqalaq edən bədəvilər üçün yeni münasibətləri əks etdirən sözlər idi. İslam qəbul olunduqdan sonra qanunla kəbinlərin sayı dörd kəbinə kimi məhdudlaşdırılmışdı. Bununla yanaşı, irəli sürülən şərtlər o dərəcədə qəliz idi ki, bu şərtlər faktiki olaraq, təkarvadlılıqla nəticələnməli idi. Əsas şərt bundan ibarət idi ki, ər bütün qadınlarına qarşı eyni münasibətdə olmalı, eyni dərəcədə ədalətli rəftar etməlidir. Ədalətlilik anlayışı ərlərin qadınlarına qarşı zahiri münasibətləri ilə yanaşı, həm də onların hissi münasibətlərini də əhatə etməlidir. Ər, nəinki bütün qadınları ilə eyni tərzdə rəftar etməli, hətta onları eyni dərəcədə sevməlidir. Lakin bu fikir məntiqlə mümkün deyildir. Məhz bunun mümkünsüzlüyünə görə Quran bu şərti irəli sürür. Bunun üçün də yeganə yol bir qadınla evlənməkdir. Bu zaman ədalətsizliyə yol verməyib, günah işlətməmiş olarsınız. Bu fikirlər islamın monoqamiya tərəfdarı olduğunu təsdiq edir; bu, həm də onu göstərir ki, gələcəkdə müsəlmanlar öz dinini, onun mahiyyəti və yönümünü dərk edəndən sonra, monoqamiya qələbə qazanacaq. Ona görə də Quranı və Hz. Məhəmmədi qadına qarşı düşmənçilik münasibətində günahlandıran bəzi Avropalılar haqsızdırlar; onlar həm də ayrı-ayrı müsəlmanların qüsur və eyiblərini İslam dini ilə bağlayanda da haqsızlığa yol verirlər; əksinə - bütün bu qüsurlar islama ziddir. Quran, Asiya qadınını yüksəltmək istiqamətində təşəbbüs göstərdi. İslam qadına o dövrə qədər Şərqdə heç bir yerdə görünməyən hüquqlar verdi, Şərq qadınını qul vəziyyətindən çıxarıb, ana səviyyəsinə qaldırdı. Qadınların, artıq öz hüquqlarını nə dərəcədə mənimsədikləri Molla Fətullahın aşağıdakı qeydində aydın görsənir. Hz. Məhəmmədin ölümündən sonra Ömər məsciddəki çıxışlarının birində kəbin məbləğinin ləğv edilməsini təklif etmişdi. Qadınlardan biri, etiraz edərək dedi: “Ey möminlərin böyüyü! Siz, Allah və onun peyğəmbəri tərəfindən verilmiş hüquqlardan bizi məhrum edə bilməzsiniz”. Xəlifə Hz. Məhəmmədin qadınlara vermiş olduğu bu hüquqlardan onları məhrum edə bilməyəcəyini anlayıb, geriyə çəkildi. Hz. Məhəmmədin, qadınların vəziyyətinin yaxşılaşdırılması məsələsinə qayğısı qadınları xeyli sevindirirdi. Bəşər tarixində iki qadının siması - Ayişə və Fatimənin simaları özünə layiq yer tuta bilmişdir. Hz. Məhəmmədin birinci xanımı olan Xədicənin surəti müqəddəslik dərəcəsinə yüksəlmişdi. Xədicə anamızın şəxsiyyətinin nuru Peyğəmbərin bütün həyatını işıqlandırmışdı. Xədicə ilk adam idi ki, ona inanmış və ömrünün sonuna qədər ona sadiq həyat yoldaşı olmuşdur. Onun vəfatından xeyli zaman keçməsinə baxmayaraq, Hz. Məhəmməd onu böyük həyəcan və göz yaşları ilə xatırlayırdı. İslama qədər haqqını istəməyə qorxan qadınlar, əşya kimi satılan qadınlar artıq İslam dininin onlara verdiyi səlahiyyətlər sayəsində haqqlarını tələb edə bilirdilər. Həbibə adlı bir ərəb qadın ərindən gizli bir şəkildə islamı qəbul etmiş və digər zülmə uğrayan müsəlmanlarla birlikdə Həbəşistana pənah aparmışdı və ədalətli Həbəşistan Nəcaşinin himayəsi onları ölümdən xilas edə bilmişdi. Böyük məşəqqətlərdən sonra Ərəbistana qayıda bilmişdi və atası Əbu Süfyanla peyğəmbərin evində rastlaşan zaman atasını peyğəmbərin həmişə əyləşdiyi xalçada oturmaq istəyən görüb, ona etiraz edib demişdi: “Orada əyləşmək olmaz!” Əbu Süfyan təəccüblə soruşmuşdu: “Nə üçün?” “Ona görə ki, bu xalının üzərində peyğəmbər Ulu Xaliqə ibadət edir və sən - bütpərəst - bu xalıda oturmağa layiq deyilsən”. Bu hadisə İslamın qadına verdiyi azad söz haqqının açıq sübutudur. Ömərin İslam dinini qəbul etməsinə görə müsəlmanlar qadına minnətdar olmalıdırlar. Ömər İslamı qəbul edənə qədər müsəlmanların qatı düşməni idi. Onun alovlu qəzəbi o dövrdə gizlənməyə məcbur olan müsəlmanları hədsiz qorxudurdu. Bir dəfə o, hövsələdən çıxıb Hz. Məhəmmədi öldürmək qərarına gəlir. Yolda o, qohumu olan Noaimlə rastlaşır və Noaim, onun qılıncını görüb, haraya və nə məqsədlə getdiyini xəbər alır. Cavabı eşitdikdə Noaim dilləndi: “Ehtiras səni bürümüşdür. Nə üçün səndən xəbərsiz dədə-babalarının dinindən imtina etmiş öz ailə üzvlərini cəzalandırmırsan?” Ömər soruşdu: “Kimdir onlar?” “Sənin kürəkənin Səid və bacın Fatimə”, - deyərək Noaim cavab verdi. Ömər dərhal bacısı evinə yollandı. Bu zaman isə Səid və Fatimə Quranın perqament vərəqində yazılmış nəsihətlərinə qulaq asırdılar. Addımların səsini eşidən Fatimə vərəqi tez paltarının altında gizlədir. Ömər, otağa daxil olub soruşur: “Eşitdiyimə görə siz burada nə isə oxuyurdunuz?” “Xeyr! Sən səhv edirsən!” “Siz nə oxuyurdunuz? Bildiyimə görə, siz Məhəmmədin təriqətini qəbul etmişsiniz”. Bunu deyib, Ömər kürəkəninə doğru atıldı. Fatimə özünü qabağa verdi və hər ikisi dedi: “Bəli, biz müsəlmanıq. Biz Allaha və onun peyğəmbərinə inanırıq. İstəyirsənsə, öldür bizi”. Ömər, sanki kor olmuş kimi qılıncını oynadaraq, bacısını yaralamışdı. Qadının qanını gördükdə o, dərhal yumşaldı. “Oxuduğunuzu mənə göstərin” - dedi. “Qorxuram ki, onu cırarsan”, - deyə Fatimə cavab verdi. Ömər and içir ki, vərəqi oxuyub qaytaracaq. Bir neçə sətir oxuyandan sonra o çığırdı: “Bunlar necə hikmətli sözlərdir! Nə ali sözlərdir! Deyin görüm, peyğəmbər haradadır? Mən indicə onun hüzuruna getmək istəyirəm”. Müsəlman qadınlarının ümumiləşdirilmiş nümayəndəsi Hz. Məhəmmədin qızı Fatimə idi. Fatimənin yumşaq xasiyyəti, ailəsinə sadiqliyi, ictimai nüfuzu, xanımı bütün dövrlər və ölkələrdə qadınların ideallıq simvoluna çevirirdi. Oğullarının vəfatından sonra Hz. Məhəmmədin bütün məhəbbəti qızı Fatiməyə yönəlmişdi. Gördüyü tərbiyə onu, dövrünün və vətəninin ən yaxşı tərbiyə görmüş kişiləri səviyyəsinə yüksəltmişdi. Qadın ağıl və əxlaq cəhətdən kişilərə bərabər tutulur, hətta onlardan qat-qat üstün olduğu açıq bir şəkildə görünürdü. Bu hadisə qızlarını diri-diri basdıranlar üçün ölümdəndə betər rüsvayçılıq idi. Xanım Fatimə evinin həyətində müsəlmanların hidayət olunması üçün tez-tez çıxışlar edərdi. Bilikli olmaq istəyi mənsəbindən asılı olmayaraq o dövrün bütün müsəlman qadınları üçün xarakterik idi. Məşhur Fəxrun-Nisə Bağdad mədrəsələrində ədəbiyyata dair mühazirələr oxuyurdu, iki qadın - Ümmül-Xeyr Fatimə və Ümmul- İbrahim Əl-Yezdanı - kişi və qadınlar üçün teologiya kursunu keçmişdilər; Seidey Nəfisə məşhur Şafinin müəlliməsi idi və onun tabutu önündə son duanı məhz bu qadın oxumuşdu. Bu dövrdə qadın şəxsi azadlığın digər təzahürlərindən də tamamilə azad idi. Əmir Asama öz tərcümeyi-halında deyir ki, xaç yürüşləri zamanı onun anası və bacısı ona həmişə kömək etmişdilər. Xəlifə Mənsur dövründə onun iki yaxın qadın qohumu hərbi geyimdə Bizansa qarşı müharibədə iştirak edirdilər. Əhməd bəyin araşdırmasına görə Hz. Məhəmməd peyğəmbər qadını İslamdan öncəki ərəb adətləri ilə müqayisədə yüksəltmişdir.İslam dininin qadına verdiyi dəyərlər ədalətliliyinə, çoxluğuna, bitkinliliyinə, zərurililiyə baxmayaraq yenə də Şərqin qədim mədəniyyətlərindən olan İran və Suryanilərin mədəniyyətlərinə bütünlükdə qalib gələ bilməmişdir. Məhz buna görə də qadın yenə mədəni və sosial tərəfdən geriləməyə məhkum olmuşdur.
Həcər Atakişiyeva
Baxış sayı: 952
Bölməyə aid digər xəbərlər

25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd