Bütün xəbərlər
Ukraynalı atlet Vasilyeva idman vətəndaşlığını Rusiyaya dəyişib
Tarix: 07-05-2025 15:18 | Bölmə: Karusel

Rusiya Atçılıq Federasiyası atçılıq idmançısı Sofiya Vasilyevanın Rusiya yurisdiksiyasına keçməsini rəsmən təsdiqləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  müvafiq qərar FCSR bürosunun iclasında yekdilliklə qəbul edilib.
İclas protokolundan belə çıxır ki, Krımda yaşayan Vasilyevanın idman vətəndaşlığının dəyişdirilməsi faktiki Rusiya vətəndaşlığı əsasında rəsmiləşdirilib. Atlı “Kaçi-Kalion” atçılıq klubunu təmsil edir.
2022-ci ilin fevralında Beynəlxalq Atçılıq Federasiyası (FEI) Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakını qadağan edib.Lakin 2023-cü ilin noyabrında FEI İcraiyyə Komitəsi məhdudiyyətləri yumşaldaraq Rusiya və Belarus idmançılarına bitərəf kimi yarışmağa icazə verdi.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər