22:51 / 12-10-2026
Səudiyyə Ərəbistanı hakimiyyəti Ər-Riyadda potensial təhlükə barədə xəbərdarlıq edib
22:47 / 12-10-2026
Hörmüz boğazında tankerə mərmi dəydi
22:41 / 12-10-2026
Britaniya Baş naziri İranın RAF Fairforddakı hadisədə iştirak etdiyini iddia etdi
22:36 / 12-10-2026
Çin Asiya-Sakit Okean bölgəsində dəniz maraqlarını və gəmiçiliyi qorumaq üçün Rusiya ilə işləməyə hazırdır
22:31 / 12-10-2026
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi
22:28 / 12-10-2026
Ukraynalılar son dörd ildə İspaniyada təxminən 2 milyard avro dəyərində daşınmaz əmlak alıblar
22:22 / 12-10-2026
Kallas: "AB Qırmızı dəniz əməliyyatı üçün gəmilər yığa bilmir"
22:18 / 12-10-2026
Merz AB-nin Rusiya dizelinə qarşı sanksiyaların qaldırılmasını rədd etdi
22:15 / 12-10-2026
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
22:10 / 12-10-2026
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
22:06 / 12-10-2026
"Mən tarixin ən böyük oyunçusuyam, nöqtə": Ronaldo futbol karyerası haqqında
22:03 / 12-10-2026
Aİ 22-ci sanksiya paketinə Rusiyanın iki hərbi-sənaye kompleksi müəssisəsinin rəhbərlərini əlavə edib
22:00 / 12-10-2026
Turist avtobusu aşıb, beş nəfər yaralanıb
21:57 / 12-10-2026
Dalğalar ən məşhur çimərliklərindən birini aşındırır
21:53 / 12-10-2026
İnsanlara yaxınlaşan 216 ayı öldürülüb
21:50 / 12-10-2026
Livanla sərhəddə baş verən partlayışda bir israilli məktəbli həlak olub, 18 nəfər yaralanıb
21:46 / 12-10-2026
Estoniyanın yeni prezidenti var
21:41 / 12-10-2026
Fransa prezidentliyinə namizəd Parisdə unla bəzədilib
21:37 / 12-10-2026
Strategic Culture: Zelenskinin Trampa verdiyi cavab onun vəziyyətini daha da pisləşdirdi
21:31 / 12-10-2026
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
21:27 / 12-10-2026
Ruslar üçün Böyük Britaniya vizaları üçün onlayn sifariş müvəqqəti olaraq bağlanıb
13:20 / 12-10-2026
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21:18 / 11-10-2026
Tibb bacısı əlil yeniyetməni süni tənəffüs aparatından təsadüfən ayırıb
21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
Azərbaycanla Çin arasında münasibətlər yeni səviyyəyə yüksəlir-Kamal Paşa-zadə
Tarix: 29-04-2025 11:34 | Bölmə: Siyasət

Prezident İlham Əliyev: “Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir”
Bu gün Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətləri dərinləşməkdədir. Hər iki ölkə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirir və milli maraqlara aid məsələlərdə bir-birini dəstəkləyir. Çin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edir, Azərbaycan isə “Bir Kəmər, Bir Yol” təşəbbüsünə fəal şəkildə qoşularaq Çinlə iqtisadi-ticarət əlaqələrini möhkəmləndirir. Bu əməkdaşlıq həm də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət və qarşılıqlı dəstəklə müşayiət olunur. İki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsi regional sabitlik və inkişaf baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyev 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibədə Azərbaycan və Çin münasibətlərinə toxunub: “Bu gün Çin rəhbərliyi ilə görüşlərim zamanı qeyd etdim ki, hər dəfə Çinə gələndə inkişaf görürəm. Bir çox yeni infrastruktur layihələrini, binaları və gözəl şəhəri görürəm. Dostlarımı sosial və iqtisadi inkişafda qeyri-adi nailiyyətlərlə, o cümlədən Çinin beynəlxalq aləmdəki fəaliyyəti ilə təbrik etdim. Hər zaman buraya gəlmək olduqca xoşdur. Burada dəfələrlə olmuşam. Çinə ilk səfərim hələ 2005-ci ildə olub. Bir sözlə, ötən 20 il ərzində ölkənin sürətli inkişafının və inanılmaz dəyişikliklərin şahidi olmuşam. Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır. Bu münasibətlə sizi təbrik edirəm.
Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninə nəzər yetirsəniz, ikitərəfli əlaqələrin geniş gündəliyini görəcəksiniz. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir”. Xatırladaq ki,Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 22-dən 24-dək Çinə dövlət səfəri çərçivəsində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat” imzalanıb. Bu bəyanat, Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasından sonra 33 il ərzində əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edir. Tərəflər qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə və hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər.
Bəyanatda həmçinin, Azərbaycan tərəfinin dünyada yalnız vahid bir Çinin mövcudluğunu tanıdığı və Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu vurğuladığı qeyd olunur. Çin tərəfi isə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Hımçinin Çin Xalq Respublikası Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyini dəstəkləyərək, regionda sabitlik və əməkdaşlıq naminə bütün tərəfləri dialoqa çağırır. Çin rəsmiləri vurğulayıblar ki, qarşıdurmaya və gərginliyə səbəb olan geosiyasi oyunlar nə region ölkələrinin, nə də beynəlxalq ictimaiyyətin maraqlarına xidmət etmir və bu cür yanaşmalar qeyri-məhsuldardır. Bu sənəd, iki ölkə arasında qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın qurulduğunu təsdiqləyir. Həmçinin, Azərbaycan “Bir Çin” prinsipini dəstəklədiyini bir daha bəyan edib. Çin isə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini ifadə edib. Bu addım, Azərbaycan və Çin arasında münasibətlərin daha da dərinləşməsinə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına təkan verəcəkdir.
Aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Prezidenti Si Cinpinq arasında imzalanan sənədlər, iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu razılaşmalar, Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə xidmət edir. Viza müraciətinin sadələşdirilməsi hər iki ölkənin vətəndaşları üçün viza tələblərinin sadələşdirilməsi, turizm və insan əlaqələrinin inkişafına təkan verəcək. İqtisadi və infrastruktur sahələrində əməkdaşlıq isə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi məqsədilə müxtəlif sahələrdə əməkdaşlıq razılaşmaları imzalanıb. Bu sahələrə enerji, nəqliyyat, ticarət və investisiya daxil olmaqla, geniş bir spektr daxildir. Azərbaycanın Çinlə əlaqələrinin gücləndirilməsi, ölkənin beynəlxalq mövqeyini möhkəmləndirir. Çin, Azərbaycanın mühüm ticarət tərəfdaşı olmaqla yanaşı, həm də “Bir Kəmər, Bir Yol” təşəbbüsünün əsas iştirakçılarından biridir. Bu əməkdaşlıq, Azərbaycanın beynəlxalq ticarət və nəqliyyat infrastrukturunun inkişafına müsbət təsir göstərir. Aprelin 23-də Pekində imzalanan sənədlər, Azərbaycanla Çin arasında münasibətlərin yeni bir səviyyəyə yüksəldiyini və iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Bu razılaşmalar, həmçinin regional və beynəlxalq səviyyədə sabitlik və inkişafın təmin olunmasına yönəlmiş mühüm addımlardır.
Azərbaycanla Çin arasında münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olmuşdur. Onun rəhbərliyi dövründə Azərbaycan müstəqil xarici siyasət kursunu formalaşdırmağa başlamış və müxtəlif dünya ölkələri, o cümlədən Çin Xalq Respublikası ilə münasibətlər qurmağa və inkişaf etdirməyə böyük önəm vermişdir. Cənab Prezident müsahibəsində qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin inkişafında mərhum Prezident Heydər Əliyevin xüsusi yeri var: “Mərhum atam iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı”. Heydər Əliyev 1990-cı illərdə Azərbaycanın xarici əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atmış, Çinlə əməkdaşlığın inkişafına xüsusi diqqət ayırmışdır. 1994-cü ildə Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq genişlənmişdir. Heydər Əliyev Çinlə münasibətlərin qarşılıqlı hörmət və bərabərlik əsasında inkişafını dəstəkləmiş, bu münasibətlərin strateji əsaslara dayanmasına töhfə vermişdir.
Kamal Paşa-zadə,
Azərbaycan Respublikasının Əməkdar müəllimi

Baxış sayı: 442
Bölməyə aid digər xəbərlər

Dünən, 22:31
Zaxarova NATO-nun Rusiya hücumunu dəf etməyə hazırlıq hesabatını dəlixana ilə müqayisə etdi
Dünən, 22:03
Aİ 22-ci sanksiya paketinə Rusiyanın iki hərbi-sənaye kompleksi müəssisəsinin rəhbərlərini əlavə edib
Dünən, 21:46
Estoniyanın yeni prezidenti var
9-10-2026, 10:52
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
8-10-2026, 18:35
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
7-10-2026, 20:58
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
6-10-2026, 18:33
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
5-10-2026, 15:13
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
5-10-2026, 15:03
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
5-10-2026, 14:56
Cəbrayıl rayonunun Zəfər yolu
4-10-2026, 20:13
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
4-10-2026, 18:52
Mendel: "NATO ideyası Ukraynada ölüb"
3-10-2026, 19:15
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
1-10-2026, 18:27
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
1-10-2026, 18:13
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
30-09-2026, 19:40
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
30-09-2026, 19:26
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
29-09-2026, 17:53
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
29-09-2026, 17:42
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
29-09-2026, 17:33
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
29-09-2026, 01:34
Yeni təyin olunan icra başçısı onun müavini imiş
28-09-2026, 21:43
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
28-09-2026, 16:47
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
28-09-2026, 16:31
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
27-09-2026, 21:00
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
27-09-2026, 20:43
Tokayev hərbçilərin həyatının qorunmasını prioritet adlandırdı
27-09-2026, 17:51
Antimilli ünsürlərin təxribatçı cəhdləri cəmiyyətin milli maraqlar ətrafında birliyini sarsıda bilmədi-Könül Nurullayeva
25-09-2026, 22:48
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
24-09-2026, 13:21
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
23-09-2026, 19:15
Zaxarova Lavrov və Rubio arasında görüşdən ilk fotonu paylaşdı
22-09-2026, 18:50
BİR QURULTAY QƏRARI VƏ AZƏRBAYCANIN DƏYİŞƏN SİYASİ TALEYİ
22-09-2026, 18:16
Cəmiyyətin faktla manipulyativ məzmunu bir-birindən ayırmaq bacarığı vacibdir-Könül Nurullayeva
22-09-2026, 17:13
Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonda danışdı
21-09-2026, 18:13
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
21-09-2026, 18:11
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
21-09-2026, 11:24
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
20-09-2026, 18:03
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
20-09-2026, 16:38
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
17-09-2026, 17:52
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17-09-2026, 17:08
Düşənbə Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakını nəzərdən keçirir: Tacikistan parlamenti çıxmağı müzakirə edir
17-09-2026, 17:02
Lavrov Merzin Almaniyanı hara apardığını anladığına şübhə ilə yanaşıb
17-09-2026, 16:57
Ermənistan Rusiya ilə münasibətlərdəki problemləri etiraf edir