Bütün xəbərlər
Qeyts Maskı USAID-i bağlayaraq yoxsul uşaqları öldürməkdə ittiham edib
Tarix: 08-05-2025 23:23 | Bölmə: Karusel

İş adamı İlon Maskın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq səyləri “dünyanın ən yoxsul uşaqlarını” öldürür, milyarder Bill Qeyts “Financial Times”a deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sahibkarın hesab etdiyinə görə , Amerika yardımının kəskin azalması ərzaq ehtiyatlarının və həyati vacib dərmanların tükənməsinə, problemli rayonlarda yeni təhlükəli xəstəliklərin yayılmasına gətirib çıxarır. Qeytsin fikrincə, Mask USAID-in necə və nə üçün işlədiyinə dair heç bir anlayışa malik deyil.
“Dünyanın ən varlı adamının dünyanın ən kasıb uşaqlarını öldürdüyü obrazı cəlbedici deyil.
Bundan əvvəl sistem analitiki Baktıbek Saipbayev bildirmişdi ki, USAID Əfqanıstanda Koş-Təpə su kanalının tikintisini maliyyələşdirməklə Mərkəzi Asiya ölkələri arasında ixtilaf salmaq istəyir. Onun fikrincə, bu kanalın yaranması regionda su ilə bağlı münaqişələrə səbəb ola bilər.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər