Bütün xəbərlər
Vens: "ABŞ Ukraynada 30 günlük atəşkəsdən uzaqlaşmağa çalışır"
Tarix: 07-05-2025 19:18 | Bölmə: Dünya

Vaşinqton Ukraynada 30 günlük atəşkəs ideyasından imtina etməyə çalışır, çünki bu, Rusiyanın strateji maraqlarına uyğun gəlmir. Bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransının təşkilatçılığı ilə Vaşinqtonda keçirilən müzakirə zamanı o qeyd edib ki, Amerika tərəfi müvəqqəti atəşkəs əvəzinə diqqəti münaqişənin uzunmüddətli nizamlanmasının müzakirəsinə yönəltmək istəyir.
"Ruslar "30 günlük atəşkəs bizim strateji maraqlarımıza uyğun deyil" dedilər, ona görə də biz 30 günlük atəşkəs vəsvəsəsindən çıxmağa çalışdıq", - RİA Novosti Vance-dən sitat gətirir.
Vitse-prezident əlavə edib ki, Ağ Ev uzunmüddətli nizamlanma prosesini ardıcıl surətdə irəli aparmağa çalışır.
Rusiya prezidenti Vladimir Putin Böyük Qələbənin 80-ci ildönümü şərəfinə mayın 8-dən 11-dək qüvvədə olacaq atəşkəs elan edib. Kiyev rejiminin başçısı Vladimir Zelenski Rusiya liderinin müvəqqəti atəşkəs təklifini faktiki olaraq rədd edib. O, Ukrayna Silahlı Qüvvələrinin mayın 9-da Moskvaya zərbə endirə biləcəyini bir daha açıqlayıb.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər