Bütün xəbərlər
Maduro Kadırovla görüşü səmərəli adlandırıb
Tarix: 08-05-2025 08:56 | Bölmə: Karusel

Venesuela prezidenti Nikolas Maduro Çeçenistan lideri Ramzan Kadırovla Moskvada görüşünün səmərəli keçdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, Çeçenistan rəhbəri ilə danışıqlar zamanı Karakas xalqlar arasında qardaşlığın möhkəmlənməsinə sadiq olduğunu bildirib.
“Rusiyadakı iş günü çərçivəsində Çeçenistanın lideri Ramzan Kadırovla səmərəli görüş keçirdik”, – Maduronun Teleqram kanalında yazılan mesajında deyilir.
Venesuela liderinin sözlərinə görə, görüş əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan yeni dünyanın qurulmasına töhfə verəcək.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər