Bütün xəbərlər
Paşinyan Qələbə bayramını qeyd etmək üçün Moskvaya gəlib
Tarix: 08-05-2025 19:58 | Bölmə: Karusel

Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak edəcəyi Moskvaya gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ermənistan hökumətinin başçısının təyyarəsinin gəlişini əks etdirən kadrları “Rossiya 24” telekanalı nümayiş etdirib.
Paşinyanın Moskvaya səfəri Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı razılaşdırılıb.
Bundan əvvəl Ermənistanın baş naziri bəyan etmişdi ki, İrəvan Moskva ilə əlaqələrdən əl çəkmək niyyətində deyil və Qərblə münasibətləri Rusiyanın hesabına qurmaq niyyətində deyil.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər