Bütün xəbərlər
"Parisien": Avtomobil Parisdə PSJ azarkeşlərinin izdihamına çırpılıb
Tarix: 08-05-2025 09:03 | Bölmə: Dünya

Parisin mərkəzində avtomobil yerli "Paris Sen-Jermen" klubunun Londonun "Arsenal"ı üzərində qələbəsini qeyd edən futbol azarkeşlərinin üzərinə sürüb, itkilər var, "Le Parisien" qəzeti yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ən azı üç nəfər xəstəxanaya yerləşdirilib, polis prefekturası bildirib. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.
“Azarkeşlər “Park des Princes” stadionunda öz komandalarının “Arsenal” üzərində qələbəsini qeyd edərkən, qara "Sedan" naməlum səbəbdən camaatın içərisinə keçərək bir neçə nəfəri vurub”, – nəşr yazır.
Hadisə Çempionlar Liqasının yarımfinalında Londonun “Arsenal” klubu ilə cavab oyununda PSJ-nin 2:1 hesablı qələbəsindən bir müddət sonra baş verib.
Şahidlərin bildirdiyinə görə, toqquşmadan sonra onlarla fanat maşını təqib etməyə çalışıb. Daha sonra avtomobil hadisə yerindən bir neçə yüz metr aralıda tamamilə yanmış vəziyyətdə tapılıb. Maşında olanların həbsi ilə bağlı hələlik məlumat yoxdur.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər