Bazar günü, 1 iyun 2025, 11:14:23  
Son xəbərlər:
15:52 / 31-05-2025
İqor Muravyov vəfat edib
Bütün xəbərlər
Pakistanın Lahor şəhərində silsilə partlayışlar törədilib
Tarix: 08-05-2025 08:48 | Bölmə: Karusel

Samaa TV-nin yerli hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, cümə axşamı səhər Pakistanın Lahor şəhərinin bir neçə bölgəsində güclü partlayışlar baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, polis mənbələrindən verilən məlumata görə, kəşfiyyat missiyası daşıdığı güman edilən Hindistan pilotsuz təyyarəsi də həmin ərazidə vurulub.
"Uolton hava limanı yaxınlığındakı Qopal Naqar və Lahorun Nəsirabad bölgələrində Uolton yolunda çoxsaylı partlayış səsləri eşidilib. İnsanlar təşviş içində evlərindən bayıra çıxdılar və tüstüləri gördüklərini bildirdilər", - telekanal xəbər verir.
Hadisə ərəfəsində bölgədə vəziyyətin gərginləşməsi səbəbindən Lahor və Sialkot üzərindəki hava məkanı müvəqqəti olaraq mülki aviasiya üçün bağlanıb. Bu, Pakistan Beynəlxalq Hava Yolları milli aviadaşıyıcısının uçuş cədvəlində pozuntulara səbəb olub.
Çərşənbə günü gecə Hindistan Hərbi Hava Qüvvələrinin Pakistan ərazisi və Kəşmirin İslamabadın nəzarətindəki bölgələrinə aviazərbələr endirməsindən sonra ölkələr arasında gərginlik kəskin şəkildə artıb.
Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, gərginliyə baxmayaraq, iki ölkənin milli təhlükəsizlik müşavirləri arasında əlaqələr qalmaqdadır. Pakistanın xarici işlər naziri İshaq Dar danışıqları təsdiqləyib, lakin onların məzmunu açıqlanmayıb.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər