Bütün xəbərlər
Şoyqu Moskvada Xəlifə Haftarla görüşüb
Tarix: 08-05-2025 20:20 | Bölmə: Karusel

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya paytaxtında Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarla görüşüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Dialoq zamanı Şoyqu və Haftar Liviya, Şimali Afrika və Sahara-Sahel bölgəsində təhlükəsizliyi müzakirə ediblər.
“Liviyada siyasi nizamlanma prosesinə sadiqlik, eləcə də Afrika qitəsində münaqişələrin həllinə və terrorizmə qarşı mübarizəyə yönəlmiş beynəlxalq səylərin dəstəklənməsinin vacibliyi vurğulanıb”, - məlumatda deyilir.
Haftarın Rusiyaya əvvəlki səfəri 2023-cü ilin sentyabrında baş tutub. Daha sonra Liviya hərbi lideri Rusiya prezidenti Vladimir Putin və Sergey Şoyqu ilə görüşüb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər