18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
17:08 / 20-09-2026
Ukraynada dəmir yolu xidməti iflic olub: qatarlar gecikir
17:05 / 20-09-2026
Aviaşirkətin yeddi illik pozuntularına son qoyub
17:02 / 20-09-2026
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
16:57 / 20-09-2026
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
16:52 / 20-09-2026
Tramp husilərə zərbə endirmək planlarına görə Ağ Evə erkən qayıda bilər
16:38 / 20-09-2026
TDT-yə üzv ölkələr çağırış və təhdidlərə vaxtında reaksiya verməyə hazırdır-Könül Nurullayeva
16:31 / 20-09-2026
Sadiq Qurbanov neftçiləri təbrik edib
19:32 / 18-09-2026
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
00:17 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
00:13 / 18-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
00:08 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
00:01 / 18-09-2026
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
23:55 / 17-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
23:50 / 17-09-2026
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
23:46 / 17-09-2026
Təyyarə qəzaya uğrayıb
17:58 / 17-09-2026
Şoyqu: "Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək"
17:55 / 17-09-2026
Ermənistanın Baş naziri Nikol Paşinyan rus dilini öyrəndiyini açıqladı
17:52 / 17-09-2026
Kreml Moldovada Lukaşenko əleyhinə qrupun yaradılmasından xəbərsiz olduğunu bildirib
17:49 / 17-09-2026
Motorlu gəminin kapitanı və iki dənizçisi itkin düşüb
17:45 / 17-09-2026
Bir ana 18 aylıq qızını bıçaqlayaraq öldürüb
17:43 / 17-09-2026
Boris Nemtsovun qızı beynəlxalq axtarışa verilib
17:39 / 17-09-2026
Baş verən yanğın zamanı bir qız pəncərədən asılıb, lakin yıxılaraq ölüb
17:36 / 17-09-2026
Uşaq bağçasında üç yaşlı oğlanı gənə dişləyib
17:31 / 17-09-2026
Yeddi yaşlı skuter sürücüsü zibil maşını tərəfindən vurulub
Azərbaycan və ərəb ölkələri arasında diplomatik və iqtisadi əlaqələr
Tarix: 27-02-2021 20:14 | Bölmə: Dünya
Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra onun qarşısında bir çox mühüm vəzifələr dayanırdı. Bu sırada ən öndə olan vəzifə müstəqil Azərbaycan Respublikasını dünyaya tanıtmaq idi. Təbii ki, bunun üçün də düzgün və ölkənin maraqlarına xidmət edəcək xarici siyasət kursu həyata keçirmək zəruri sayılırdı. Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən ayrı-ayrı siyasi qüvvələr, hakimiyyətlər həqiqətən də bu siyasəti düzgün həyata keçirə, müstəqil Azərbaycanın xarici siyasət konsepsiyasını müəyyənləşdirə bilmədilər. Həm siyasi hakimiyyətlərin səriştəsizliyi, həm də yaxın və uzaq ölkələrlə normal xarici əlaqələrin qurulmaması bu illərdə Qarabağda baş qaldıran erməni separatizmi və işğalçılıq siyasətinin də dünyaya çatdırılmasında ciddi əngəllər yaradırdı. Bu mənfi tendensiya Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsinə qədər davam etdi. Qeyd edilən tarixdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bütün istiqamətlərdə olduğu kimi xarici siyasət sahəsində də yeni dövrün tələblərinə uyğun şəkildə addımlar atmağa, siyasət həyata keçirməyə başladı. Bütün yaxın və uzaq ölkələrlə normal əlaqələr qurmağı xarici siyasətdə əsas prioritet hesab edən Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də xüsusi diqqət yetirir, Bakı ilə müsəlman aləmi arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edirdi.
İslam dünyası ilə əlaqələri inkişaf etdirmək, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa nail olmaq Dağlıq Qarabağ probleminin müsəlman aləminə, eyni zamanda ərəb ölkələrinin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi və Heydər Əliyev bunu yaxşı dərk edirdi. Çünki Dağlıq Qarabağ münaqişəsi meydana gələn ilk illərdə Ermənistan beynəlxalq aləmdə belə bir yalan rəy formalaşdırırdı ki, guya sözügedən münaqişə dini münaqişədir və Azərbaycan Dağlıq Qarabağda xristian dinindən olan erməniləri orada sıxışdırmaqla məşğuldur. Buna qarşı isə guya Qarabağda yaşayan ermənilər öz haqlarını tələb edirlər. Ona görə də Dağlıq Qarabağ probleminin dini bir münaqişə olmadığını sübut etmək üçün Azərbaycana İslam aləminin siyasi dəstəyi vacib idi. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən azərbaycanlı qaçqın və məcburi köçkünləri zəruri ehtiyaclarını tamamilə ödəmək yenicə müstəqillik əldə edən Azərbaycan dövlətinin iqtisadi imkanları xaricində idi. Mühüm beynəlxalq humanitar təşkilatlarla yanaşı İslam fondları, yardım cəmiyyətlərini də bu prosesə cəlb etmək, onların azərbaycanlı qaçqın və məcburi köçkünlərə dəstək göstərməsinə nail olmaq lazım idi. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri xüsusi əhəmiyyət kəsb edirdi.
Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ərəb ölkələrinə ilk rəsmi səfər edən Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri ilə danışıqlar aparmaqla bərabər, müqəddəs Kəbəni də ziyarət edib.
Həmin ilin sentyabrında Misirə səfər edən ümummilli lider Heydər Əliyev rəsmi Qahirənin də siyasi dəstəyini ala bilir və iki ölkə prezidentlərinin görüşünün nəticələrinə dair verilən bəyanatda Misirin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı əksini tapır.
Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qəlyubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan dostluğu parkı salınmış, bu parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmış, həmin vilayətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adına məktəb açılmışdır. Bunun qarşılığında Abşeron rayonunda Azərbaycan-Misir dostluğu parkı salınmış, Firon dövründə yaşamış bir yazarın heykəli ucaldılmış, burada Misir məktəbi istifadəyə verilmişdir.
Hər iki ölkə bir-birini beynəlxalq təşkilatlarda dəstəkləyir. Misir Ərəb Respublikasının Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinə göstərdiyi dəstəyinə cavab olaraq Azərbaycan Respublikası da Misirin bu Şuranın qeyri-daimi üzvlüyünə seçilməsinə dəstək vermişdir.
Azərbaycanın və İordaniyanın ali rəhbərləri iki dəfə - 2000-ci ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumunda və 1994-cu ilin dekabrında İKT-nin Kasablanka zirvə toplantısında təkbətək görüşmüşlər. Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidentı Heydər Əliyev ilə İordaniya Kralı II Abdullah ikitərəfli münasibətlərin inkişafı məsələlərini geniş müzakirə etmişlər.
Sonrakı illərdə digər müsəlman ölkələrinə baş tutan səfərlər, Heydər Əliyevin İslam dünyası ilə qurduğu sıx əlaqələr, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirilməsi istiqamətində atılan addımların nəticəsi idi ki, 1997-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatı) Zirvə görüşündə təşkilat tərəfindən Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair qətnamə qəbul edilib. Həmin sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü kəskin surətdə pislənilib, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzə son qoyulması tələb olunub, bir daha qeyd edilib ki, zor gücünə ərazi ələ keçirilməsi yolverilməzdir.
Azərbaycanın müsəlman aləmi, İslam dünyası ilə əlaqələrinin genişləndirilməsi, inkişaf etdirilməsi ölkəmizdə mövcud olan dini tolerantlığın, eyni zamanda İslami dəyərlərə yüksək səviyyədə diqqət və qayğının bu coğrafiyaya çatdırılması baxımından da əhəmiyyətli idi.
Azərbaycan müsəlman aləminin bir üzvü, müsəlman ölkəsi olduğu üçün günümüzdə də bu coğrafiyaya daxil olan ölkələrlə əlaqələr yüksək səviyyədə inkişaf edir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də müsəlman ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir. Dövlət başçısının hakimiyyətdə olduğu ötən 18 ilə yaxın müddətdə müsəlman ölkələrinə həyata keçirdiyi səfərlər, əldə edilən ikitərəfli razılaşmalar fonunda bütün bunları aydın görmək mümkündür. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Azərbaycan Respublikasının Asiya ölkələri ilə ticarət əlaqələrində idxalatın 6-7, ixracatın isə 3-4 faizi BƏƏ-nin payına düşür (2005). Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.
Küveyt Azərbaycan Respublikası ilə iqtisadi əlaqələrin yaradılmasına və inkişafına maraq göstərir. Bu məqsədlə Bakıya gəlmiş Küveytin maliyyə naziri Azərbaycana böyük məbləğdə kredit verməyə hazır olduğunu bildirmişdir. O, həm də qeyd etmişdir ki, Küveyt kapital qoyuluşundan əlavə Azərbaycana dünya standartları səviyyəsində mütərəqqi texnologiyalar da təklif edə bilər. Bundan sonra əməkdaşlığın başlanması üçün müvafiq infrastruktur, o cümlədən, avtomobil və hava nəqliyyatı, telefon rabitəsi yaratmaq məqsədilə tərəflər razılığa gəlmişlər.
Azərbaycan və İraq aarasında diplomatik əlaqələr 90-cı illərdə qurulmuşdur. İki ölkə arasında müxtəlif sahələrdə təhsil, turizm, iqtisadi və mədəni istiqamətlərdə yüksək səviyyədə dostluq əlaqələri mövcuddur.
Azərbaycan və Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin aprel ayının 22-də qurulmuşdur. İki ölkə arasında əlaqələr müxtəlif sahələri özündə əhatə edir. bura iqtisadi, siyasi, mədəni və təhsil sahələrini əlavə etmək olar.
Günümüzdə Azərbaycanla İslam dünyası arasında yüksək səviyyəli əlaqələrin qurulmasında və daha da inkişaf etdirilməsində rəsmi Bakının atmış olduğu bir sıra mühüm addımlar da önəmli rol oynayıb. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, dünya dini liderlərinin Bakıda bir neçə toplantısının keçirilməsi və s. bu sıraya aid etmək olar.
Günümüzdə də Azərbaycan İslam dünyasının bir parçası, müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, ayrı-ayrı ölkələrlə siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələri yeni mərhələyə daşıyır. Bu müsbət tendensiya Azərbaycanın İslam coğrafiyasında mövqelərini daha da möhkəmləndirir, onun nüfuzunu artırır.

Haşim Məmmədov,
Şərqşünas-Araşdırmaçı
Baxış sayı: 875
Bölməyə aid digər xəbərlər

Dünən, 17:02
Şimali Koreyanın ballistik raket proqramı nüvə proqramından daha çox rəqiblərini narahat edir
Dünən, 16:57
İngiltərə millisinin keçmiş oyunçusu Tounsend Taylanddakı oyundan əvvəl diyircəkli avtomobilin altında qalıb
17-09-2026, 23:46
Təyyarə qəzaya uğrayıb
17-09-2026, 17:27
İtaliyanın təhsil naziri təhdid məktubu və bir güllə aldı
17-09-2026, 17:15
Kosovoda AB Missiyası binası yandırıldı
16-09-2026, 23:44
ABŞ İsveçrə vətəndaşına və bir türk şirkətinə qarşı Rusiya əleyhinə sanksiyaları ləğv etdi
16-09-2026, 21:16
Makron Fransanın yanacaq təchizatını təmin etmək üçün daha sərt tədbirlərə çağırır
16-09-2026, 20:54
Karlson Trampın amerikalılara 5000 dollar ödəmək vədi ilə bağlı: "Bu, alçaldıcıdır"
16-09-2026, 20:04
Çin nüvə reaktoru və dəmir topu olan bir tank üçün dizayn hazırlayıb
16-09-2026, 19:58
Beynəlxalq Cinayət Məhkəməsi (BCC) Filippinin keçmiş prezidentini həbsdə saxlamaq qərarına gəlib
15-09-2026, 18:16
Polşa Prezidenti sutenyorluqla bağlı qalmaqallı bir nəşrə görə "Onet"i
15-09-2026, 18:10
ABŞ İranla müharibənin Vaşinqtona nə qədərə başa gəldiyini açıqladı
14-09-2026, 17:25
Hollandiyada 150 sərnişin daşıyan qatar yük maşını ilə toqquşub
14-09-2026, 17:15
"Cessna" təyyarəsi qəzaya uğrayıb, ölənlər var
13-09-2026, 11:31
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
10-09-2026, 18:38
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
10-09-2026, 18:35
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
10-09-2026, 10:56
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10-09-2026, 10:52
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
9-09-2026, 15:16
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
9-09-2026, 15:11
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
9-09-2026, 14:41
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
8-09-2026, 18:45
115 yaşlı yapon qadın uzunömürlülüyün sirrini açır
8-09-2026, 18:14
London İsrail yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar elan etdi
7-09-2026, 20:58
Serbiya Nazirlər Kabineti Vuçiçdən parlamenti buraxmağı və erkən seçkilər təyin etməyi xahiş edib
7-09-2026, 20:51
Vitkoff Fransanı Ukrayna ilə bağlı danışıqlara hazırlaşmağa çağırdı
7-09-2026, 16:44
Merz Almaniyanın partiya sistemində tektonik dəyişiklik elan etdi
6-09-2026, 19:07
Polşa hərbçiləri quş sürüsü ilə bağlı həyəcan təbili çaldı
6-09-2026, 18:55
Almaniya sakini ölkənin siyasi vəziyyətini həyəcanverici adlandırıb
6-09-2026, 18:43
Elektrik xətlərindəki 12 partlayıcı qurğu zərərsizləşdirilib
6-09-2026, 18:40
Britaniya siyasətçilərin iştirak etdiyi süni intellekt pornosunun yayılmasını araşdırır
3-09-2026, 18:20
Kallas Aİ xarici siyasətinin fon der Leyen tərəfindən müəyyən edilməsindən şikayətləndi
2-09-2026, 19:42
Merkel Almaniya prezidenti olmaq ideyasını absurd adlandırdı