Bütün xəbərlər
Netanyahu Qəzza zolağında radikallara qarşı hərbi əməliyyatlara göstəriş verib
Tarix: 19-10-2025 16:40 | Bölmə: Dünya

İsrailin baş naziri Benyamin Netanyahu anklavın cənub hissəsində baş verən atışmadan sonra hərbçilərə Qəzza zolağında radikallara qarşı "qətiyyətli addımlar atmağı" əmr edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazirlik məlumat yayıb.
Oktyabrın 19-da günorta saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı Rəfah bölgəsinə bir neçə hava hücumu həyata keçirib. “The Times of Israel” xəbər verir ki, bu, HƏMAS silahlılarının İDF qüvvələrinə hücumundan sonra baş verib. İsrail ordusu bunu atəşkəsin kobud şəkildə pozulması adlandırıb.
“HƏMAS-ın atəşkəs rejimini pozmasından sonra baş nazir Netanyahu müdafiə naziri və təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə məsləhətləşmələr aparıb və Qəzza zolağında terrorçuların hədəflərinə qarşı qətiyyətli addımlar atmağa göstəriş verib”, - Netanyahunun ofisinin bəyanatında deyilir.
Bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Netanyahunu anklavda atəşkəs rejiminin pozulmasından sonra Qəzza zolağında tammiqyaslı hərbi əməliyyatları bərpa etməyə çağırıb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər