20:31 / 22-10-2025
Min illik balta tapılıb
09:35 / 22-10-2025
Əməkdar həkim vəfat etdi
Bütün xəbərlər
Sante həbsxanasında məhbuslar Sarkozini təhqir edib
Tarix: 22-10-2025 19:57 | Bölmə: Dünya

Parisin Sante həbsxanasında məhbuslar Fransanın keçmiş prezidenti Nikola Sarkozini təhqir edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, X və TikTok sosial media platformalarında yayımlanan videolara görə, hadisə oktyabrın 22-nə keçən gecə baş verib.
Videolardan birində məhbuslardan birinin Sarkozinin həbsxanada çətin günlər yaşayacağını söyləməsi, sonra isə keçmiş prezidentə qışqırması eşidilir: "Biz Qəddafinin qisasını alacağıq! ...Milyardları qaytarın!" Gecə saatlarında həbsxananın həyətində lentə alınan başqa bir videoda məhbusların Sarkozinin ünvanına təhqiramiz qışqırmaları eşidilir.
Sarkozi oktyabrın 21-də Sante həbsxanasına yerləşdirilib. Bundan əvvəl Fransanın keçmiş prezidenti Jan-Mişel Darroyun vəkili Sarkozinin həbsdə olduğu ilk gündən kitab yazmağa başladığını bildirmişdi. Müdafiəçi qeyd edib ki, siyasətçi kiçik kameraya salınıb. Sabiq prezident də həbs cəzasına hazırlaşıb və səs-küydən qorunmaq üçün qulaqcıq gətirib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər