Bütün xəbərlər
İsrailin Milli Təhlükəsizlik Naziri Qəzzada müharibənin bərpasına çağırıb
Tarix: 19-10-2025 15:08 | Bölmə: Dünya

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir baş nazir Benyamin Netanyahunu anklavda atəşkəsin pozulmasından sonra Qəzza zolağında tammiqyaslı hərbi əməliyyatları bərpa etməyə çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, HƏMAS-ın gözlənildiyi kimi imzaladığı müqaviləyə əməl edəcəyi ilə bağlı yalan illüziyalar İsrailin təhlükəsizliyi üçün təhlükəli olduğunu sübut edib.
Ben-Qvir öz Teleqram kanalında yazıb: “Baş nazirə çağırış edirəm ki, İsrail Müdafiə Qüvvələrinə (İDF) Qəzza zolağında hərbi əməliyyatları tam gücü ilə bərpa etmək əmri versin”.
İsrail Müdafiə Qüvvələri (IDF) bazar günü səhər saatlarında Qəzza zolağının cənubundakı Rəfah bölgəsinə bir neçə hava zərbəsi endirib. Bu, silahlıların ordu qüvvələrinə hücumundan sonra baş verib.
İsrail ordusu insidentlə bağlı rəsmi açıqlama verməyib. Times of Israel hava hücumlarının Fələstinin radikal HƏMAS hərəkatının növbəti atəşkəsi pozmasına cavab ola biləcəyini fərz edir.
Bundan əvvəl Fələstinin “Əl-Əqsa” telekanalının məlumatına görə, Qəzzada İDF-nin avtomobili vurması nəticəsində 11 nəfər həlak olub.
İsrailin baş naziri Benyamin Netanyahu son müraciətində İsrailin mübarizəsinin hələ bitmədiyini bildirib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər