Bütün xəbərlər
Avropa İttifaqı Qəzzada yenidənqurma işlərinə başlamağa hazır olduğunu açıqlayıb
Tarix: 13-10-2025 20:48 | Bölmə: Dünya

İsrail və Fələstin arasında sülh nizamlanmasının uğurunu dəstəkləmək üçün Aİ müxtəlif tədbirlər, o cümlədən Qəzza zolağının yenidən qurulması mexanizmini həyata keçirməyə hazırdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Aİ xarici işlər naziri Kay Kallasın sözçüsü Ənvər əl-Anuni deyib.
O qeyd edib ki, Aİ-nin Fələstinlə bağlı gələcək siyasəti müəyyən etmək üçün oktyabrın 20-də Lüksemburqda keçiriləcək Xarici İşlər Şurasında Aİ xarici işlər nazirlərinin müzakirəsinə təqdim olunacaq başqa hazırlanmış həll variantları da var.
Bazar ertəsi Brüsseldə keçirilən brifinqdə əl-Anuni deyib: "Biz (Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin – Red.) Birliyin vəziyyəti hesabatında danışdığı alətdən istifadə edərək yenidənqurma işlərinə başlamağa hazırıq".
Sentyabr ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Fələstinə və Qəzzanın yenidən qurulmasına dəstək vermək üçün donor qrupu yaratmaq niyyətində olduğunu açıqlayıb. O, izah etdi ki, "bu, regional tərəfdaşlarla beynəlxalq səy olacaq".
Oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp Qəzza zolağında münaqişənin həllinə dair İsrail və HƏMAS arasında sazişin birinci mərhələsinin imzalandığını elan edib. Əl-Mayadeen telekanalının verdiyi məlumata görə, HƏMAS-ın hərbi qanadı Əl-Qəssam Briqadaları razılaşmaya əməl etməyə hazır olduğunu, ancaq Tel-Əvivin onu pozmaması şərti ilə bildirib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib