Bütün xəbərlər
"Axios": ABŞ Maduronun vəzifəsini saxlaya bilməyəcəyinə əmindir
Tarix: 21-10-2025 17:36 | Bölmə: Dünya

ABŞ kəşfiyyatı Venesuela lideri Nikolas Maduronun hərəkətlərini izləyir. Birləşmiş Ştatlar onun ya istefa verəcəyinə, ya da uzaqlaşdırılacağına əmindir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Donald Tramp administrasiyasındakı rəsmilərə və ABŞ-ın Karib dənizindəki əməliyyatı ilə bağlı müzakirələrlə tanış olan mənbəyə istinadən "Axios" məlumat yayıb.
Nəşr qeyd edir ki, əməliyyatda təkcə MKİ deyil, həm də ölkənin bütün kəşfiyyat qüvvələri iştirak edir.
"ABŞ Maduronun harada olduğunu, harada qaldığını, hara getdiyini bilir. Əgər biz onu raketlə öldürmək istəsəydik, bunu çoxdan edərdik", - mənbə qeyd edib.
Bundan başqa, portalın mənbələri Amerika liderinin qurudan hücuma keçə biləcəyini də istisna etmir.
Bundan əvvəl Ağ Ev bəyan edib ki, Donald Tramp narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün “Amerika gücünün bütün elementlərini” yerləşdirməyə hazırdır. Prezident Venesuelada quru əməliyyatının mümkünlüyündən də danışıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər