Bütün xəbərlər
LRT: Vilnüs və Kaunas hava limanları hava şarları səbəbindən fəaliyyətini dayandırdı
Tarix: 24-10-2025 23:26 | Bölmə: Karusel

LRT portalı Litva Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Vilnüs və Kaunas hava limanları hava şarları səbəbindən fəaliyyətini dayandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vilnüs hava limanı Moskva vaxtı ilə saat 20:31-də, Kaunas hava limanı isə Moskva vaxtı ilə saat 20:36-da müvəqqəti olaraq bağlanıb.
"İlkin məlumata görə, hava məkanının məhdudlaşdırılması qərarı hava şarları səbəbindən verilib", - deyə, nəşr bildirib.
Məhdudiyyətlər Vilnüs hava limanında dörd, Kaunas hava limanında isə üç reysə təsir edib.
Bu həftənin əvvəlində Vilnüs hava limanı onun üzərindəki hava məkanında peyda olan onlarla hava şarına görə fəaliyyətini dayandırıb.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər