Bütün xəbərlər
"Bild": Almaniyanın hakim koalisiyası İsrailə silah ixracını bərpa etməyə çağırır
Tarix: 14-10-2025 17:21 | Bölmə: Dünya

“Bild” qəzeti yazır ki, Almaniyanın hakim koalisiyasına daxil olan CDU/CSU blokunun (Xristian Demokratik və Xristian Sosial Birlikləri) nümayəndələri İsrailə silah satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını təklif ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar bu bəyanatı Qəzza zolağında atəşkəs elan olunarkən veriblər.
Qəzet CSU nümayəndəsi Aleksandır Hoffmanndan sitat gətirir: “(İsrailə qarşı – red.) sanksiyalar ləğv edilməli, silah satışına (İsrailə – red.) qoyulan məhdudiyyətlər aradan qaldırılmalı, səyahət xəbərdarlığı ləğv edilməlidir və bütün bunlar dərhaldır”.
Bundestaqdakı CDU/CSU fraksiyasının birinci katibi Şteffen Bilger də oxşar fikri bildirib. Onun sözlərinə görə, bu məsələni hələ də hakim koalisiya daxilində razılaşdırmaq lazımdır.
Oktyabrın 13-də ABŞ, Türkiyə, Qətər və Misir liderləri Şarm əl-Şeyxdə keçirilən “Sülh Sammiti” zamanı Qəzza zolağında atəşkəs sazişi imzalayıblar.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib