Bütün xəbərlər
"The Telegraph": Tramp Çinə tətbiq edilən tariflərdən istifadə edərək Kiyev üçün “Qələbə Fondu” yaradır
Tarix: 16-10-2025 14:31 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Çinə tətbiq etdiyi yeni rüsumlar vasitəsilə Ukrayna üçün qondarma “Qələbə Fondu” yaratmağa çalışır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, artıq yeni fondun yaradılması prosesinə başlanılıb. Tramp ABŞ-ın maliyyə naziri Scott Bessent-ə Kiyev rejiminin lideri Vladimir Zelenskinin oktyabrın 17-də Vaşinqtona səfərindən əvvəl “qələbə fondu” ilə bağlı plan təqdim etməyi tapşırıb.
Qəzet yazır: “Donald Tramp Ukrayna üçün Çinə tətbiq edilən yeni tariflər hesabına maliyyələşəcək qələbə fondu yaratmağa çalışır".
Tramp noyabrın 1-dən etibarən Çindən gələn mallara əlavə 100% gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Bəzi ekspertlər hesab edirlər ki, Tramp Pekinlə danışıqlarda Vaşinqtonun mövqeyini gücləndirmək üçün qəsdən sərt bəyanatlardan istifadə edir. Oktyabrın sonu və ya noyabrın əvvəlinə planlaşdırılan Cənubi Koreyada APEC sammitində Trampın Çin prezidenti Si Cinpinlə görüşəcəyi gözlənilir.
Bessent bildirib ki, 85 senatordan ibarət qrup da prezidentə Rusiya neftini almağa davam edən Çinə 500% tariflər tətbiq etmək səlahiyyətini verməyə hazırdır.
Zelenski və Tramp cümə günü Ağ Evdə görüşməyi planlaşdırır. Tramp daha əvvəl bildirib ki, Zelenski görüşdə Kiyevə “Tomaqavk” raketlərinin verilməsini tələb etmək niyyətindədir.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib