Bütün xəbərlər
"Daily Mail": "Britney Spirs sükan arxasında sərxoş olaraq az qaldı dostunu vursun
Tarix: 25-10-2025 20:08 | Bölmə: Mədəniyyət

"Daily Mail" şahidə istinadən xəbər verir ki, amerikalı müğənni Britney Spirs sərxoş vəziyyətdə maşın sürüb və az qala dostunu vuracaqdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəzetin mənbəyinə görə, müğənni restorana getdikdən sonra qara BMW-sinin sükanı arxasına keçib. Mənbə qeyd edib ki, Spirs maşından düşərkən az qala dostunu vuracaqdı, lakin müğənni sürətlə uzaqlaşarkən dostu son anda yoldan qaçmağı bacarıb. Onun Thousand Oaks malikanəsinə gedən şosse yolu ilə təxminən beş mil məsafə təhlükəli bir macəraya çevrilib.
Şahidin sözlərinə görə, yolun bəzi hissələrində müğənni digər maşınlara çox yaxınlaşıb, yoldan çıxıb və hətta qarşıdan gələn nəqliyyat vasitələrinə çıxaraq özünü və başqalarını toqquşma riski altına qoyub.
Qəzet həmçinin xəbər verir ki, evə çatdıqdan sonra Britney dərhal içəri girə bilməyib və darvaza kodunu daxil etməkdə çətinlik çəkib. Bu davranışın keçmiş əri Kevin Fleiderlinin mübahisəli xatirələrinin yayımlanmasından sonra yaranan güclü stressdən qaynaqlandığı düşünülür.
Müğənni daha əvvəl sosial mediada özü ilə evləndiyini açıqlamışdı. Britni qeyd etmişdi ki, bu addım qəribə və ya absurd görünsə də, bunu həyatının ən parlaq qərarlarından biri hesab edir.
Britni Spirs məşhur amerikalı müğənni və Qremmi mükafatı laureatıdır. Alkoqol, narkotik və zehni qeyri-sabitlik problemləri səbəbindən məhkəmə onu 2008-ci ildə atası Ceyms Spirs tərəfindən saxlanılan himayə altına qoymuşdur. Himayə altına 2021-ci ildə xitam verilmişdir.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər