Bütün xəbərlər
Vens: "Qəzzada atəşkəs razılaşması gözlənildiyindən daha yaxşı irəliləyir"
Tarix: 21-10-2025 23:29 | Bölmə: Dünya

ABŞ-ın vitse-prezidenti J.D.Vens Qəzza zolağında atəşkəs razılaşmasının gözlədiyindən daha yaxşı irəlilədiyini bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə İsraildə mətbuat konfransı zamanı bildirib.
Vens İsraildə iki günlük səfərdədir.
Amerika televiziyasında çıxışı zamanı o, "İşlər təsəvvür etdiyimdən daha yaxşı gedir" deyib.
Eyni zamanda Vens anklavda vəziyyətin ağır olaraq qaldığını etiraf edib.
Oktyabrın 19-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Qəzza zolağının cənubundakı Rəfah bölgəsində atəşkəsi pozduğunu açıqlayıb. İsrail əsgərlərinin atəşə tutulduğu və cavab atəşi açıldığı iddia edilir. İsrailin baş naziri Benyamin Netanyahu hadisədə HƏMAS-ı günahlandırıb və hərbçilərə cavab tədbirləri görməyə göstəriş verib.
Bu arada, oktyabrın 20-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması qüvvədə qalır. O, həmçinin vurğulayıb ki, ABŞ-ın Yaxın Şərqdəki bəzi müttəfiqləri Həmas atəşkəsi pozarsa, anklavda qüvvələr yerləşdirməyə hazır olduqlarını bildiriblər.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər