22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
ABŞ Maliyyə Nazirliyi Kolumbiya Prezidenti Petroya qarşı sanksiyalar tətbiq edib
Tarix: 24-10-2025 23:32 | Bölmə: Dünya

ABŞ Maliyyə Nazirliyi Kolumbiya Prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin veb saytında dərc olunmuş açıqlamada bildirilir.
Agentlik siyasətçini narkotik qaçaqmalçılığında iştirakı şübhələri səbəbindən Xüsusi Təyin Edilmiş Vətəndaşlar (SDN) siyahısına əlavə edib.
Bəyanatda deyilir: "OFAC SDN siyahısına aşağıdakı şəxslər əlavə edilib: Petro Urrego, Qustavo Fransisko, Boqota, Kolumbiya; doğum tarixi: 19 aprel 1960".
Kolumbiya prezidenti ilə yanaşı, həyat yoldaşı və oğlu Veronika Qarsiya və Nikolas Petro, eləcə də Kolumbiya Daxili İşlər Naziri Armando Vilyanedanın da SDN siyahısına əlavə edilib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Petronu quldur adlandırmış və onu və ölkəsini "ciddi tədbirlərlə" hədələmişdi.
Petro daha əvvəl "Univision"a verdiyi müsahibədə dünyanın Trampı dəyişdirməli və ya ondan yaxa qurtarmalı olduğunu bildirmişdi. Kolumbiya prezidentinin sözlərinə görə, Tramp Venesuelanı fəth etməyə çalışır.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər