Bütün xəbərlər
Məsciddə baş verən yanğında iki kişi xəsarət alıb
Tarix: 24-10-2025 23:17 | Bölmə: Digər

Tatarıstan Respublikasının Pestretsı kəndində birmərtəbəli taxta məsciddə baş verən yanğında iki kişi xəsarət alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə Parkovaya küçəsi, 4 ünvanında baş verib.
Yanğın barədə məlumat Moskva vaxtı ilə saat 18:26-da daxil olub. Açıq alov saat 19:16-da söndürülüb.
Nazirliyin Telegram kanalında dərc olunan açıqlamada deyilir: "Yanğında iki kişi xəsarət alıb və Pestretsı Mərkəzi Regional Xəstəxanasına yerləşdirilib".
Yanğının səbəbi araşdırılır.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər